BROLUNG
TƏRKİBİ 10 ml-də:
Biyan kökü (Glycyrrhiza glabra).......290 mq
Gülxətmi (Althaea officinalis)..............67 mq
Reyhan (Ocimum basilicum)...............52 mq
Qalanqa (Alpinia galanga)...................30 mq
Kurkuma (Curcuma longa)..................30 mq
Kurkuma kökü (Curcuma zedoaria)...12 mq
Uzun bibər (Piper longum)..................22 mq
Qarabibər (Piper nigrum).......................5 mq
Heyva yarpağı (Cydonia oblonga).......19 mq
Alma (Pyrus malus)..............................12 mq
Qara üzüm (Vitis vinifera).....................12 mq
Tibbi nanə (Mentha piperita).................10 mq
Zəncəfil (Zingiber officinale)..................10 mq
Bağayarpağı (Plantago lanceolata)........7 mq
Kəklikotu (Thymus vulgaris)...................4 mq
FARMAKOTERAPEVTİK QRUPU: Öskürək əleyhinə, bəlğəmgətirici, spazmolitik, immunostimulyator
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Biyan kökü (Glycyrrhiza glabra) – tərkibi üzvi turşular - yantar, limon, çaxır, alma turşuları, efir yağları, triterpenlər, saponinlər, steroidlər (β-sitosterin), kumarinlərlə zəngindir. Tərkibindəki saponinlərin hesabına selikli qişalara qıcıqlandırıcı təsir göstərərək selik ifrazını artırır, bəlğəmgətirici effektə malikdir. Biyan kökü ağ ciyər və bronxların selikli qişasında limfositlərin fəaliyyətini aktivləşdirməklə İg-A-nın miqdarının artmasına səbəb olur ki, bu da tənəffüs sistemi orqanlarında yerli immuniteti artırır.
Gülxətmi (Althaea officinalis) – tərkibində hidroliz zamanı qalaktoza, arabinoza, pentozaya parçalanan çoxlu miqdarda polisaxarid tərkibli selikli maddələr (35% -ə qədər), flavonoidlər, rutin, fitosterin və tanninlər var. Tərkibindəki polisaxaridlər qana sorulur, qismən bronxial vəzilər tərəfindən xaric edilir və tənəffüs yollarının selikli qişasına bürüyücü, yumşaldıcı və iltihab əleyhinə təsir göstərir, bronxial sekresiyanın maye komponentinin sərbəst buraxılmasını artırır və onun reoloji xüsusiyyətlərini (özlülük, elastiklik, yapışqanlıq) normallaşdırır. Bronxiolların peristaltik hərəkətlərini və bronxların kirpikli epitelinin motor funksiyasını gücləndirir, bəlğəmin rahat xaric olmasına şərait yaradır. Həmçinin bronxların və qırtlağın selikli qişasını bürüyərək qıcıqlanmanın qarşısını alır və zədələnmiş selikli qişanın regenerasiyasını təmin edir. Tərkibində olan flavonoidlər və tanninlər iltihabı aradan qaldırır.
Reyhan (Ocimum basilicum) – tərkibindəki efir yağları, evqenol, kamfora hesabına öskürək əleyhinə vasitə kimi göy öskürəkdə effektivdir, həmçinin bronxial astma, meteorizm, iştahasızlıq, angina, stomatit, zökəm kimi hallarda da müalicəvi təsiri var. Tərkibində kamfora olduğuna görə reyhan mərkəzi sinir sisteminin işinin ləngiməsi nəticəsində tənəffüs funksiyasının zəifləməsi zamanı oyadıcı təsir göstərərir.
Qalanqa (Alpinia galanga) – tərkibindəki efir yağları, vitamin və minerallarla zəngindir. Həzmi yaxşılaşdırır, iştahanı artırır, ağrı kəsici, allergiya əleyhinə təsir göstərir.
Kurkuma (Curcuma longa); Kurkuma kökü (Curcuma zedoaria) – mürəkkəb bioloji aktiv birləşmələr kompleksinə malikdir, onlardan farmakoloji vacib olan komponent kurkumindir. Həmçinin tərkibi C, E, K vitaminləri və antioksidantlarla zəngindir. Təbii antibiotikdir, güclü ilthab əleyhinə, regenerator, ağrıkəsici təsirləri var. Elmi tədqiqatlar göstərir ki, Kurkumin molekulyar səviyyədə iltihab əleyhinə təsirə malikdir və STAT3 (signal transducer and activator of transcription 3), Nrf2 (nuclear factor erythroid 2-related factor 2), RO(ro-faktor), NF-kB(kappa-bi nüvə faktoru) zülalları və siklooksigenaza fermenti (СOX-2) kimi molekulyar yolları inhibə edərək iltihab zamanı öz müalicəvi effektini göstərir. Kurkuminin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri hesabına ağciyərlərin uzun müddətli xroniki xəstəliklərinin simptomlarını aradan qaldırır. Həmçinin, kurkumin bronxial astma, kistik fibroz (mukovissidoz), xroniki ağciyərin obstruktiv xəstəliklərinin müalicəsində effektivdir.
Uzun bibər (Piper longum); Qarabibər (Piper nigrum) – təkibində piperin, alkaloid, efir yağları var. Ənənəvi təbabətdə öskürək əleyhinə, antioksidant və MBT infeksiyalarında antiseptik kimi istifaadə olunur. Tərkibindəki piperin kurkuminin təsirini aktivləşdirərək müalicəvi effektini dəfələrlə artırır.
Heyva yarpağı (Cydonia oblonga) – müalicəvi xüsusiyyəti zəngin biokimyəvi tərkibinə əsaslanır. Tərkibindəki triterpenoidlər, alkaloidlər, C, K vitaminləri, fenolkarbon turşusu, katexinlər hesabına öskürək və iltihab əleyhinə, bürüyücü, antibakterial, immunostimulyator təsirlər göstərir, zökəm, öskürək, bronxial astma tutmaları, diareya, dizuriya zamanı effektivdir.
Alma (Pyrus malus) – tərkibi Fe, K, P, Ca, Mg, Na mineralları və C, E, B qrupu vitaminləri hesabına orqanizmdə itirilmiş vitamin-mineral balansını bərpa edir, infeksion iltihabi xəstəliklərə qarşı immun müqaviməti artırır, reabilitasiya prosesini sürətləndirir. Tərkibindəki pektin infeksion toksinləri, toksik metalları, pestisidləri orqanizmdən xaric edir.
Qara üzüm (Vitis vinifera) – güclü antioksidant olan resveratrol və kversetin polifenolları ilə zənginliyi hesabına immun və hormonal disbalans, iltihabi proseslər, streslər, infeksion toksiki təsirlər, əsaəs də viral toksinlər, radiasiyadan yaranmış sərbəst radikalları neytrallaşdırır, tənəffüs sistemi xəstəliklərində müalicəni effektiv edir. Həmçinin təkibindəki pektin, bioflavanoidlər, orqanik turşular, mineral maddələr və vitaminlər hesabına iltihab əleyhinə, regenerativ, immunostimulyator, tonuslandırıcı təsirlər göstərir.
Tibbi nanə (Mentha piperita) – tərkibində mentol, menton və asetat mentil ilə efir yağları, flavanoidlər, mikro-; və makroelementlər var ki, ağrıkəsici, antiseptik, vazodilatator, ödqovucu təsirlər göstərir.
Zəncəfil (Zingiber officinale) – tərkibində əsas komponent singiberen (70%-ə qədər) və ona uyğun singiberol, həmçinin kəskin dad və ətir verən sineol hesabına antiseptik və bəlğəmgətirici effektlər göstərir.
Bundan əlavə tərkibində seskviterpen, bizabolen, linaool, geraniol və digər terpenoid birləşmələri var ki, zəncəfilin müalicəvi xüsusiyyətlərinin spektrini genişləndirir: iltihab əleyhinə, spazmolitik, ağrıkəsici, bəlğəmi durulaşdırıcı, stimullaşdırıcı, köp əleyhinə, regenerativ və tonuslandırcı təsirlər göstərir. Zəncəfil həmçinin güclü antioksidant və sakitləşdirici təsirə malikdir, immuniteti yaxşılaşdırır və orqanizmi infeksiyalardan və parazitlərdən qoruyur.
Bağayarpağı (Plantago lanceolata) – tərkibində iridoidlər (2-3%) - əsasən aukubin, katalpol, asperulozid, 2-6% selik (qlükomananlar, arabinoqalaktanlar, ramnoqalaktouranlar), həmçinin flavonoidlər lüteolin, apigenin, fenolkarbon turşuları, saponinlər, sink və kalium var. Tərkibindəki selik yumşaldıcı və bürüyücü, taninlər itihab əleyhinə və iridoidlər antibakterial təsir göstərir, xüsusən də aukubin geniş antibakterial təsir spektrinə malikdir. Əsasən tənəffüs yollarının, ağız boşluğu və udlağın selikli qişasının iltihabi-infeksion xəstəliklərində iltihab əleyhinə, antibakterial vasitə kimi istifadə olunur.
Kəklikotu (Thymus vulgaris) – əsasən efir yağından ibarətdir ki, onun da əsas komponentini timol və karvakrol təşkil edir. Kəklikotu antibakterial, antifunqal, spazmolitik, iltihab əleyhinə və bəlğəmgətirici təsirlərə malikdir. Tərkibində olan zeaksantin, lütein və apigenin flavonoidləri sayəsində isə güclü antioksidant təsir göstərir. Həmçinin tərkibindəki timol qurd əleyhinə, sakitləşdirici və agrıkəsici effektlərə də malikdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
Kəskin və xroniki respirator xəstəliklərdə öskürək zamanı:
• Kəskin və хrоniki brоnхitlər. Obstruktiv bronxit, brоnхiаl аstmа, brоnхоеktаziyа, bronxiolit, kistik fibroz (mukovissidoz)
• Pnevmoniya. Ağ ciyərlərin оbstruкtiv хəstəliкləri
• Göy öskürək
• Lаringit, larinqotraxeit, sinusitlər
Brоnх-аğciyər əməliyyаtlаrındаn sоnrаkı аğırlаşmаlаr zamanı
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
BROLUNG – Limon və naringi aromalı sirop
3 yaşa qədər uşaqlara 2,5 ml gündə 2 dəfə
3-8 yaşlı uşaqlara 5 ml gündə 2-3 dəfə
9-14 yaşlı uşaqlara 10 ml gündə 2-3 dəfə
Böyüklərə 10 ml gündə 3 dəfə yeməkdən 20 dəqiqə sonra təyin olunur.
Müalicə müddəti: 1- 4 həftədir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Çox nadir hallarda yüngül allergik reaksiyalar müşahidə oluna bilər
BURAXILIŞ FORMASI: 200 ml şüşə flakon.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.