Kalium yod (Potassium iodide)................................150 mkq
FARMAKOTERAPEVTİK QRUPU: Folat, yod və B12 vitamini defisitinin bərpa edicisi
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
L- metilfolat - quruluş və xüsusiyyətinə görə sintetik fol turşusundan fərqlənən təbii formadır, fol turşusunun aktiv metabolitidir, orqanizmdə olan folata identikdir. Fol turşusu 5, 10 metilentetrahidrofolat – reduktazanın təsiri ilə reduksiyaya uğrayaraq bioloji aktiv formaya çevrilir. Fol turşusundan fərqli olaraq L-metilfolat orqanizmdə çevrilmə tələb etmir, mübadilə prosesinə birbaşa qoşulur. Daxilə qəbulda L-metilfolat tez bir zamanda absorbsiya olunur. Ən yüksək biomənimsənilmə xüsusiyyətinə malikdir, tam mənimsənilməsi üçün əlavə fermentativ reaksiyalara ehtiyac yoxdur. Qan vasitəsilə periferik toxumalara çatdırılaraq hüceyrədə folat mübadiləsində iştirak edir. Hematoensefalik baryerdən asanlıqla keçir. L- metilfolat hüceyrə səviyyəsində DNT sintezində, həmçinin metabolik proseslərdə iştirak edir. L- metilfolat hemopoez üçün vacibdir. Anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Hüceyrələrin bölünməsi proseslərində mühüm rol oynayır, bu da aktiv şəkildə bölünən və differensasiya olunan toxumalar üçün xüsusilə vacibdir; hemoqlobin və mioqlobində zülal qrupları və hemin birləşməsini təmin edir. L- metilfolat eritropoez, leykopoez və trombositopoez proseslərini stimullaşdırır. L- metilfolat amin turşu sintezində və homosistein metabolizmində iştirak edir. Orqanizmdə defisiti aterosklerotik dəyişikliklərin markeri olan homosisteinin qan plazmasında toplanmasına səbəb olur. L- metilfolat hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasınıda vacib rola malikdir. Hamiləlik dövründə folat defisiti anadangəlmə qüsurların - sinir borusu defektlərinin (Spina bifida), həmçinin hipotrofiya və vaxtından əvvəl doğuş riskini artırır.
Metilkobalamin (B12 vitamini) – quruluş və xüsusiyyətinə görə sintetik Sianokobalamindən fərqlənən
B12 vitamininin təbii formasıdır, orqanizmdə çevrilmə tələb etməyən aktiv metabolitidir.Sintetik forma olan Sianokobalamin daxilə qəbuldan sonra MTR: B12-asılı metionin-sintetaza fermentinin təsiri ilə Metilkobalaminə çevrilir. Metilkobalamin orqanizmdə olan B12 vitamininə identikdir (eynisidir), mübadilə prosesinə birbaşa qoşulur, tez və mükəmməl effekt verir. MTR gen polimorfizmindən asılı olmayaraq hamıda bağırsaqdan tam sorulur. Orqanizmi optimal doza B12 vitamini ilə tam təmin edir. Qanda stabil müalicəvi konsentrasiya yaradır. 100% biomənimsənilməyə malikdir. Metilkobalamin eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.B12 vitamini ürək-damar, sinir sisteminin işini və DNT sintezini aktivləşdirir, depressiya, diqqət və yaddaş pozğunluğunu aradan qaldırır, immuniteti və enerji təminatını artırır. B12 vitamini homosistein mübadiləsini tənzimləyir, onun miqdarını effektiv şəkildə azaldır, qanyaranma prosesində, hüceyrələrin bölünməsində iştirak edir. Əqli və fiziki aktivliyi artırır.
Kalium yod - tiroid vəzin normal fəaliyyəti üçün vacib mikroelement olub, hormonlarının (tiroksin, triyodtironin) sintezi üçün zəruridir. Tiroid hormonları bir çox həyati vacib funksiyaları yerinə yetirir, o cümlədən orqanizmdə zülalların, yağların, karbohidratların və enerji mübadiləsini, beyin, sinir və ürək-damar sistemlərinin, cinsi və süd vəzilərinin fəaliyyətini, həmçinin uşağın böyüməsini və inkişafını tənzimləyir. Yod qəbulu orqanizmdə yod defisitini bərpa edir, yod defisiti ilə əlaqəli xəstəliklərin inkişafının qarşısını alır, uşaqlar və yeniyetmələr, həmçinin hamiləlik və laktasiya dövründə xüsusilə vacib olan tiroid vəzin funksiyasının normallaşmasını təmin edir. Hamiləlik dövründə yod defisiti körpənin zehni inkişaf pozğunluqlarına səbəb olur. Yod defisiti endemik zob, kretinizm, hipotireoz kimi xəstəlikləri yaradır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Hamiləliyə hazırlıq dövrü, hamiləlik və laktasiya zamanı
• Antifosfolipid sindromu
• Preeklampsiya
• Folat; Yod; B12 vitamini defisiti nəticəsində yaranan patologiyaların profilaktikasında (xüsusilə uşaqlarda, yeniyetmələrdə, qadınlarda hamiləlik və laktasiya zamanı)
• Ürək, qan –damar sistemi xəstəlikləri (ÜİX, ateroskleroz)
• Metotraksat qəbulu ilə əlaqədar folat defisitində
• Tiroid vəzin cərrahi yolla çıxarılmasından sonra və ya tiroid hormonları preparatları ilə müalicə bitdikdən sonra residivinin qarşısının alınması məqsədilə;
• Tiroid vəzin funksiyalarının pozulması zamanı – Hipotireoz