RECTUS məhlul
TƏRKİBİ 10 ml-də:
QAYT (GABA)....................................................200 mq
Qlütamin turşusu (Glutamic acid)......................50 mq
Ginkqo biloba (Ginkgo biloba)............................40 mq
L-karnitin (L-carnitine).........................................25 mq
L-arginin (L-Arginine)...........................................25 mq
Qlisin (Glycine).....................................................25 mq
Maqnezium sulfat (Magnesium sulfate).............250 mq
Xolin bitartrat - B4 vitamini (Choline bitartrate)...10mq
B1 vitamini (Thiamine mononitrate).....................1,1 mq
B2 vitamini (Riboflavine)......................................1,4 mq
B3 vitamini (Niacine)...............................................4 mq
B6 vitamini (Pyrdoxine HCl)....................................3 mq
Fol turşusu - B9 vitamini (Folic acid)...............200 mkq
B12 vitamini (Cynacobalamine)..........................2,5 mkq
FARMAKOTERAPEVTİK QRUPU: Nootrop, neyroprotektor, angioprotektor, antihipoksant, antiaqreqant təsirlərə malik, beyin qan dövranını yaxşılaşdıran preparat.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
QAYT (GABA) - biogen maddə olub, orqanizmdə mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın mərkəzi sinir sisteminin fəaliyyətinə təsiri onun spesifik QAYT-ergik reseptorlarla qarşılıqlı təsiri ilə baş verir. QAYT-ın sinaptik boşluqlarda toplanması QAYTA və QAYTC reseptorlarının aktivləşməsinə, bu isə neyronal impulsların ingibə olunmasına səbəb olur. QAYT reseptorlarının liqandları müxtəlif psixi pozuntularla müşahidə olunan mərkəzi sinir sistemi xəstəliklərinin, yuxu pozğunluğu, epilepsiyanın müalicəsində istifadə olunur. QAYT beynin yarımkürələri arasında əlaqəni və neokortikal strukturlarda sinaptik keçiriciliyi yaxşılaşdırır, beyin funksiyalarını, xüsusən şüur, yaddaş və nitqi bərpa edir və sabitləşdirir, əqli fəaliyyəti artırır, beyin qan dövranını yaxşılaşdırır.
Qlütamin turşusu – MSS-nin sinapslarında oyadıcı impulsların ötürülməsini stimullaşdıran neyromediator amin turşusudur. Qlütamin turşusu beyin metabolizmini yaxşılaşdırır, baş beyində oksidləşmə-reduksiya proseslərini, zülal mübadiləsini stimullaşdırır. Ammonyakın zərərsizləşdirilməsində və orqanizmdən çıxarılmasında iştirak edir, orqanizmin hipoksiyaya qarşı müqavimətini artırır. Həmçinin, digər amin turşuların, asetilxolinin, ATF sintezində iştirak edir, beyində kalium ionlarının normal konsentrasiyasının toplanmasına və saxlanmasına kömək edir, qanda və toxumalarda qlikoliz göstəricilərini normallaşdırır.
Ginkqo biloba - beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək (əsasən beyin hüceyrələrində) və hüceyrələrin oksigenə olan tələbatını azaldaraq enerji təminatını optimallaşdırır. Beyin hüceyrələrinin normal funksiyalarını bərpa edərək koqnitiv funksiyaları gücləndirir. Ginkqo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyasının və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
L-karnitin – aminturşu olub, uzunzəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın yaranmasını, qlükoneogenez prosesində piruvatkarboksilazanın aktivliyinin artmasını təmin edir. L-karnitin rəqabətə girərək qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beynin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.
L-arginin – daxilə qəbuldan sonra orqanizmdə azot oksidinə çevrilərək vazodilatasiyaya səbəb olur, bu da qan dövranını yaxşılaşdırır, toxuma və orqanları oksigen və qida maddələri ilə təmin edir. Oksidləşdirici stresin inkişafının qarşısını alır, hüceyrələri qocalmadan qoruyur, TQ, ASLP əmələ gəlməsini azaldır, kollateral qan axınını artırır. Psixi sağlamlığı yaxşılaşdırır, demensiyanın inkişafının qarşısını alır, intellektual fəaliyyəti yüksəldir, fiziki dözümlülüyü artırır, immuniteti yüksəldir, ateroskleroz riskini azaldır, qan damarlarını bərpa edir.
Qlisin – beyində metabolizmi aktivləşdirən əvəz olunmayan amin turşudur, mərkəzi sinir sistemində tormozlanma proseslərini normallaşdırır, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin QAYT-energik , alfa1-adrenoblokator, antioksidant və antitoksiki təsirlərə malikdir. Həmçinin qlutamat (NMDA- N-metil D aspartat) reseptorlarının fəaliyyətini tənzimləyir ki, bununla da psixo-emosional stresi, aqressivliyi azaldır, sosial uyğunlaşmanı artırır; əhval-ruhiyyəni yaxşılaşdırır, yuxuya getməni asanlaşdırır və yuxunu normallaşdırır.
Maqnezium sulfat – hipotenziv, sedativ və antikonvulsant, arteriodilatator, antiaritmik təsir göstərir. Metabolik prosesləri, neyronlararası impuls ötürülməsini və əzələlərin oyanıqlığını tənzimləyir, kalsiumun presinaptik membran vasitəsilə daxil olmasının qarşısını alır, periferik və mərkəzi sinir sistemində asetilxolinin miqdarını azaldır. Saya əzələləri boşaldır, arterial hipertenziya zamanı qan təzyiqini aşağı salır, diurezi artırır. Sinir-əzələ sinapslarından asetilxolin ifrazını azaldır, sinir-əzələ ötürücülüyünü ləngidir, MSS-nə birbaşa ləngidici təsir göstərərək antikonvulsant effekt verir. Maqneziumun antiaritmik təsiri kardiomiositlərin oyanıqlığının azalması, ion balansının bərpası, hüceyrə membranlarının stabilləşməsi (Na, Ca, K keçiriciliyi) ilə bağlıdır. Kardioprotektiv təsir koronar arteriyaların genişlənməsi, periferik damar müqavimətinin və trombositlərin aqreqasiyasının azaltması ilə əlaqədardır.
B1 vitamini; B2 vitamini – beynin işini stimullaşdırır, hüceyrədaxili maddələr mübadiləsi proseslərində əvəzolunmazdır, orqanizmi enerji ilə təchiz edir, hüceyrə qocalmasının qarşısını alır, yaddaşı yaxşılaşdırır, antioksidant aktivliyə malikdir, sinir impulslarının keçiriciliyinin normallaşmasına kömək edir.
B3 vitamini; Xolin bitartrat (B4 vitamini) - yağların, zülallların, amin turşuların, purinlərin metabolizmində, toxuma tənəffüsündə, qlikogenolizdə və digər biosintez proseslərində iştirak edir. Beyin funksiyası üçün vacib olan asetilxolin neyromediatorunun sintezini təmin edir. Qanda ASLP, trigliseridlərin konsentrasiyasını azaldır, aretosklerozun qarşısını alır.
B6 vitamin - Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. B6 vitamini əhval-ruhiyyəni tənzimləməyə kömək edən serotonin hormonunun, stres yaxud qorxu reaksiyalarına təsir edən norepinefrinin sintezinə kömək edir. B6 vitamini orqanizmin daxili saatını və yuxu rejimini tənzimləmək üçün melatonin sintezinə şərait yaradır.
B9 vitamini; B12 vitamini – hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT sintezində iştirak edir, maddələr mübadiləsində birbaşa iştirak edərək toxuma regenerasiyasını sürətləndirir. Periferik və mərkəzi sinir sistemlərində baş verən bir çox proseslərdə, o cümlədən sinir liflərinin qoruyucu mielin qişasının biosintezində iştirak edir. Damara sərtlik verən homosistein maddəsini azaltmaqla yanaşı, iflic və demensiya riskini də azaldır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Psixomotor inkişafın ləngiməsi, kəllə-beyin travmaları, yaddaş, diqqət, nitq pozğunluğu, intellektual qabiliyyətin zəifləməsi.
• Kəkələmə. Uşaqlarda tiklər. Psixopatiya. Yuxusuzluq və gecə həyacanı
• Epilepsiya xəstəliyinin kompleks müalicəsi. Uşaq serebral iflici
• Uşaqlarda əqli geriləmə (o cümlədən daun xəstəliyinin kompleks müalicəsində)
• Beyin qan dövranı pozğunluğu. Yüksək sinir oyanıqlığı. Uşaqlarda kəllə-beyin travması
• Ekstrapiramidal pozğunluqlarla müşahidə olunan neyroleptik sindrom.
• Neyrosensor pozğunluqlar (qulaq küyləri, başgicəllənmə).
• Retinopatiya. Görmə pozğunluğu.
• Sidik kisəsinin neyrogen-funksional pozğunluqları; Hiperaktiv sidik kisəsi- Detruzorun hiperrefleksiyası və disfunksiyası; Enurez.
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
RECTUS məhlul - Banan aromalı sirop
0-2 yaşa qədər uşaqlara həkim məsləhəti ilə;
2-4 yaş uşaqlar: 2,5 ml;
5-9 yaş uşaqlar: 5 ml;
10-12 yaş uşaqlar: 7,5 ml;
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 10 ml gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dispeptik pozğunluqlar, başgicəllənmə və allergik reaksiyalar
BURAXILIŞ FORMASI: 200 ml flakon.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.