Solferot kids müxtəlif etiologiyalı anemiyaların (dəmir defisitli, folat defisitli, B12 defisitli və s) müalicə və profilaktikası üçün kombinə olunmuş antianemik preparatdır.
Dəmir bisqlisinat – xelat kompleksli dəmirdir, yəni Fe-in amin turşusu ilə kompleks birləşməsidir.
Dəmir bisqlisinat1 molekul iki valentli dəmirdən və 2 molekul qlisin amin turşusundan ibarətdir. İki qlisin molekulu dəmirin iki valentliyini möhkəm şəkildə bağlayır və onu hidrolizdən qoruyur. Bunun sayəsində dəmir bisqlisinat xelat tranzit olaraq mədədən keçir və nazik bağırsağın selikli qişası tərəfindən dəyişmədən sorulur. Peroral qəbuldan sonra birləşmə dəyişməmiş şəkildə enterositlərə daxil olur, burada dəmir və qlisinə hidroliz olunur. Və yalnız bağırsaq hüceyrələrinin sitoplazmik fermentlərinin təsiri altında sorulduqdan sonra dəmir sərbəst buraxılır və qana daxil olur. Xelat kompleksi bağırsaq divarına daha asan keçir və hüceyrənin ion və mineral balansını pozmadan daha yaxşı sorulur. Həmçinin aşağı molekulyar çəkisinin olması isə peroral qəbul zamanı dəmirin maksimum dərəcədə sorulmasına imkan verir.
Fe duzlarından fərqli olaraq, dəmir bisqlisinat birləşməsi müxtəlif pH dəyərlərində hidroliz olunmur və aşağı molekulyar çəkisi hesabına peroral qəbul zamanı dəmir maksimum sorulur. Dəmir bisqlisinat - bağırsaqlardan aminturşu kimi sorulur. Digər dəmir duzlarından fərqli olaraq 4 dəfə çox biomənimsənilməyə malikdir və asan mənimsənildiyi üçün tez bir zamanda hemoqlobinin normal miqdarını bərpa edir və nəticədə yüksək terapevtik effektivlik əldə olunur. Xelat kompleks olduğu üçün heç bir əlavə təsir (toksiklik, qəbizlik, ishal, qarında ağrılar və s.) yaratmır. Dəmir bisqlisinat hemin struktur komponenti olaraq, eritropoezdə iştirak edir. Orqanizmdə hemoqlobinin əsas tərkib komponenti olan dəmirin defisitini aradan qaldırır.
Çuğundur - orqanizm üçün vacib mikroelementlər, dəmir, kalium, sink, kobalt və s ibarətdir. Zəngin tərkibinə görə maddələr mübadiləsini normallaşdırır, qan yaranma prosesinə müsbət təsir göstərir. Çuğundurun tərkibindəki sezium və rubidium sayəsində anemiyanın müalicəsi effektiv olur. Qanda eritrositləri və hеmoqlabini artırır. Çuğundur ekstraktı damar gеnişlənməsi, tromboflеbit, qanın laxtalanması sistеminin pozulması, hipеrtoniya və digər ürək-damar xəstəlikləri zamanı daha effektivdir.
Fol turşusu (B9 vitamini) qanyaradıcı orqanların fəaliyyətini artırır, eritropoezi gücləndirir, həzm orqanlarının funksiyalarını yaxşılaşdırır, dəmirin həzm sistemindən sorulmasını sürətləndirir. Fol turşusu hemopoezdə, hüceyrələrin bölünməsi və böyüməsində, həmçinin DNT və RNT-nin sintezində iştirak edir. Orqanizmdə tetrahidrofol turşusuna çevrilir, bu da meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Purin və pirimidin mübadiləsində, nuklein turşularının sintezində, amin turşularının metabolizmində və xolin sintezində iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası, qan yaranma prosesində və s. iştirak edir.
B1; B2; B6 vitaminləri – uşağın normal inkişafı baxımından çox əhəmiyyətlidir. Baş beyninin və sinir sisteminin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. B1; B2; B6 vitaminləri anemiyanı aradan qaldırmaq üçün dəmirin sorulmasına və eritrositlərin yetişməsinə kömək edən vitaminlərdir.
B12 vitamini eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, B12 vitamini hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.
C vitamini metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşəmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılğını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, lipid, zülal mübadiləsində, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. C vitamini dəmirin bağırsaqlardan sorulmasını artıraraq qanda qısa müddətdə yüksək konsentrasiya toplamasına səbəb olur. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
•Dəmir defisitli anemiya
•Müxtəlif etiologiyalı anemiyalar
•Dəmirə təlabatın artdığı vəziyyətlər (intensiv böyümə dövrü, enteritlər və s)
•Fol turşusu defisiti. Eyni vaxtda müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası.
•B12 vitamini defisiti. Eyni vaxtda müşahidə olunan dəmir və B12 vitamini defisitinin profilaktikası.
•Parazitar xəstəliklər (qurd invaziyaları) zamanı yaranan anemiyalar
•Disbakterioz, malabsorbsiya zamanı müşahidə olunan anemiyalar
•Qalxanabənzər vəzi xəstəlikləri (hipotireoz) zamanı yaranan anemiyalar
•Böyrək xəstəlikləri zamanı yaranan anemiyalar (eritropoetin hasilinin azalması)
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
SOLFEROT kids- Banan aromalı sirop
1 yaşa qədər uşaqlar: 2,5 ml;
1-3 yaş uşaqlar: 5,0 ml;
4-8 yaş uşaqlar: 7,5 ml;
9-12 yaş uşaqlar: 10 ml;
12 yaşdan yuxarı uşaqlar: 15 ml gündə 1-2 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra daxilə qəbul edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.