SOLİCAROS
TƏRKİBİ 1 tabletdə:
Kalsium karbonat (Calcium carbonate)....1250 mq
D3 vitamini (Cholecalciferol)......................400 BV
K2 vitamini MK-7 (Menaquinone-7)...........40 mkq
Sink sulfat (Zinc sulphate).............................12 mq
Maqnezium sulfat (Magnesium sulfate)........49 mq
Natrium Borat (Sodium borate).................150 mkq
Vanadium sulfat (Vanadium sulphate)........10 mkq
Çöl qatırquyruğu (Equisetum arvense)..........25 mq
FARMAKOTERAPEVTİK QRUPU: Kalsium-fosfor mübadiləsinin tənzimləyicisi
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
SOLİCAROS orqanizmdə (sümüklərdə, dişlərdə, dırnaqlarda, saçlarda, əzələlərdə) kalsium və fosfor mübadiləsini tənzimləyən kombinə olunmuş preparatdır. Orqanizmdə Ca, Mg, Zn, B, V və D3, K2 vitaminləri defisitini bərpa edərək kalsiumun rezorbsiyasını zəiflədir və sümük sıxlığını artırır. Sümüklərin və dişlərin minerallaşmasında vacib rol oynayır.
Kalsium sümük toxumasının tamlığını və möhkəmliyini təmin edir, qanın laxtalanması proseslərində, miokardın və skelet əzələlərinin yığılma qabiliyyətinin normallaşmasında, bir sıra fermentlərin aktivləşməsində iştirak edir. SOLİCAROSun tərkibində kalsium karbonat birləşməsi ən yüksək Ca konsentrasiyası olan birləşmədi, yəni 1 qram Ca karbonat duzunda 400 mq elementar Ca var.
Kalsiumun asan absorbsiyası və maksimal terapevtik effekti üçün D3, K2 vitaminləri,maqnezium, bor, sink, vanadium olması lazımdır.
D3 vitaminini orqanizmdə bioloji oksidləşmə proseslərinə, kalsium və fosfor mübadiləsinə təsir edir, onların nazik bağırsaqdan sorulmasını təmin edir. Kalsium və D3 vitamininin defisiti nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, osteoporoz baş verir. Kalsium və D3 vitamininin qəbulu sümük toxumasının rezorpsiyasını (sümüklərdən kalsiumun yuyulması) sürətləndirən paratiroid hormonunun sintezini tənzimləyir.
K2 vitamini (menaquinone 7; MK-7) yüksək biomənimsənilməyə malik, uzun müddət aktivliyini saxlayan, xüsusi ştam Bacillus subtilis natto bakteriyalarla fermentasiya olunaraq alınan “natural” MK-7 forma vitamindir. Ca-un bağırsaqdan mənimsənilib sümük toxumasına çatdırılmasında vacib vitamindir.
Xüsusi zülalların - osteokalsin və matrix Gla-protein (MGP) aktivliyini artırır. K2 vitamini sümük yaranmada vacib olan osteokalsinin sümükdəki minerallara bağlanmasını təmin edir, sümüklərdə kalsium itkisinin qarşısını alır, kalsiumu sümüklərdə və dişlərdə toplayaraq onların möhkəmliyini təmin edir. Osteogenez prosesini stimullaşdırır, həmçinin yaşa bağlı osteoporoz xəstələrində sümüklərin mineral sıxlığını artırır, osteoporotik və qadınlarda postmenopozal sınıqların qarşısını alır.
Matrix Gla-protein (MGP) - K2 vitamininindən asılı olan Gla tərkibli zülallar ailəsinin üzvüdür, kalsium ionlarına yüksək bağlanma qabiliyyətinə malikdir. (GLA - gamma-carboxyglutamic – K vitaminindən asılı karboksilləşmə). Kalsiumun damar və böyrək toxumalarında toplanmasının qarşısını alır, onu (Ca-u) sümük toxumasının yaranmasına yönəldir, damarlarda kalsinatların, nəticədə işemiyanın yaranmasına imkan vermir.
Sink - həyatı vacib mikroelementlərdən biri hesab olunur. Sümüklərin formalaşmasında, sümük toxumasının normal inkişaf proseslərində vacib rol oynayır. Sink - D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur. Sink defisiti osteoporoza səbəb olur. Orqanizmdə yüzlərlə müxtəlif fermentlərin tərkib komponentidir, uşaqlarda normal boy inkişafını sürətləndirir, zülal və amin turşu sintezində rol oynayır, sərbəst radikalların yaranmasının qarşısını alır. Zədələnmiş sinir toxuma strukturunun bərpa olunmasını təmin edir.
Maqnezium - orqanizmdə gedən fermentativ proseslərdə iştirak edir. Əzələlərin və sinir sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. O, sümüklərin və dişlərin tərkibinə daxildir, qaraciyərin, pankreasın, baş beynin işində, zülal və karbon mübadiləsində iştirak edir. Orqanizmdə maqneziumun 60% -i sümüklərdə və dişlərdədir. Digər % -i əzələlərdə və yumşaq toxumalarda, yalnız 1% qandadır. Maqnezium sümüklərin böyüməsi və minerallaşması proseslərində iştirak edir, sümük toxumasının tamlığını, möhkəmliyini təmin edir. Maqneziumun defisiti osteoporozun kəskinləşməsinə səbəb olur. Buna görə də, kalsium ilə yanaşı maqnezium da qəbulu sümük minerallaşması üçün lazımdır.
Çöl qatırquyruğu (Equisetum arvense) – tərkibindəki qlükozid, alkaloid, saponin, flavonoid, karotinoid hesabına sidikqovucu, litolitik, iltihab əleyhinə, hemostatik xüsusiyyətlərə malikdir. Böyrəklərdə kirəcləşməni və daş yaranmanı, oynaqlarda duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını asanlaşdırır. Kalsium və D vitamini çatışmazlığı paratiroid vəzi tərəfindən parathormonunun ifrazının artmasına - hiperparatireoza səbəb olur. Məhz bu hormon bir tərəfdən sümüklərdən kalsiumun yuyulmasını, sümük toxumasının dağılmasını gücləndirir (osteoporoz), digər tərəfdən isə kalsiumun böyrəklərdən xaric edilməsinin qarşısını alır və böyrəklərdə daşların əmələ gəlməsinə şərait yaradır. Belə hallarda çöl qatırquyruğu sidikqovucu, litolitik xüsusiyyətləri hesabına su-duz mübadiləsini tənzimləyir və kalsiumun böyrək toxumalarında toplanmasının qarşısını alaraq daşların yaranmasını ləngidir.
Bor - maddələr mübadiləsinə və kalsium, maqnezium, fosfor, sink, D vitamini mübadiləsinə təsir edir.
Bor, həmçinin paratiroid vəzin sintez etdiyi parathormona da təsir göstərir. Bu hormon orqanizmdə kalsium və fosforun normal səviyyədə saxlanmasını təmin edir. Borun D vitamininin sorulmasında da rolu var, defisiti zamanı D vitamini çatışmazlığı yaranır. Bor orqanizmdə oksalatların miqdarını azaltmaq xüsusiyyəti ilə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Vanadium - orqanizmində əsasən piy toxumasında, qan serumunda, sümüklərdə və dişlərdə olur. İltihabın və oksidləşdirici stresin biomarkerlərini azaltmaqla osteoartritin qarşısını alır. Vanadium faqositlərin aktivliyini artıraraq orqanizmin immun sistemin işini normallaşdırır. Digər mineral maddələrlə birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadium toxumaların oksigen təchizatını gücləndirir, ürək əzələsinin, sinir sisteminin, böyrəklərin, qaraciyərin funksiyasını, həmçinin qanda şəkərin miqdarını tənzimləyir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
•D3, K2 vitaminləri, Ca, Mg, Zn, B, V defisitinin qarşısının alınması və müalicəsi.
•Kalsium və digər vitamin-mineralların defisiti nəticəsində osteomalyasiya, osteoparoz, sınıqlar
•Kalsium və digər vitamin-minerallara tələbatın artdığı hallar - hamiləlik və laktasiya dövrü
•Postmenopauzal və yaşlanma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə
•Qalxanabənzər vəzi xəstəlikləri - Hipotireoz; Haşimoto
•Şəkərli diabet xəstələrində Ca və digər vitamin-mineralların defisiti
•PTH-nin yüksəlməsi; Metabolik osteopatiyalar: Osteomalyasiya; Osteoporoz; Sınıqlar
•Böyrək xəstəliklərində Ca və digər vitamin-mineralların defisiti
•Malabsorbsiya; Enterit; Qlütenə həssaslıq; Seliakiya zamanı Ca və digər vitamin-mineralların defisiti
•Medikamentoz Ca və digər vitamin-mineralların defisiti (steroid, epilepsiya əleyhinə və s. preparatlar)
•Ca defisitinə bağlı sinir-əzələ keçiriciliyinin pozulması - əzələ tonusunun zəifləməsi, əllərin titrəməsi, əzələ qıcolmaları, spastik ağrı, karpopedal spazm, mimik əzələlərinin spazmları, ağız ətrafında keyimə
•XÜÇ; Hipertenziya; Aritmiya
•Miopiya; Görmə zəifliyi
•Ca və digər vitamin-mineralların defisitində saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, dəri xəstəlikləri
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
Kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə: 1 tablet gündə 1-2 dəfə təyin edilir.
Osteoporozun profilaktikası məqsədi ilə: 1 tablet gündə 1-2 dəfə;
müalicəsi məqsədi ilə: 1 tablet gündə 2-3 dəfə təyin edilir.
Müalicə kursu: 4-6 həftə
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
Hamiləlik və laktasiya dövründə kalsium və D vitamininin defisitinin bərpası məqsədi ilə:
1 tablet gündə 1 dəfə təyin edilir.
ƏLAVƏ TƏSİRLƏRİ: Allergik reaksiyalar, mədə-bağırsaq traktının disfunksiyaları (ishal və ya diareya, meteorizm, qusma, qarın nahiyyəsində ağrılar), hiperkalsinemiya və hiperkalsiuriya (sidikdə və qanda kalsiumun miqdarının artması).
ƏKS GÖSTƏRİŞLƏRİ: Ağır böyrək çatışmazlığı, hiperkalsinemiya, hiperkalsiuriya, nefrolitiaz, D3 vitaminin hipervitaminozu, preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANİ İSTİFADƏSİ: Hamiləlik və laktasiya dövründə həkim məsləhətinə uyğun olaraq istifadə olunur. Hamiləlik dövründə sutkalıq doza 1500 mq kalsium və 600 BV D vitamindən çox olmamalıdır. Süd verən qadınlarda xolekalsiferol və onun metabolitlərinin ana südünə keçdiyini nəzərə almaq lazımdır, ona görə də ana və uşaqda digər mənbələrdən kalsium və D vitamini qəbulu nəzərə alınmalıdır.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.