HERDİS
TƏRKİBİ 1 tabletdə:
Mikronizə olunmuş diosmin (Micronized diosmin)..450 mq
Hesperidin (Hesperidin)..............................................50 mq
Trokserutin (Troxerutin).............................................100 mq
Sitrus bioflavonları (Citrus bioflavonoids)..................50 mq
Kversetin (Quercetin).................................................30 mq
At şabalıdı (Horse chestnut ext. as 20% aescin).....100 mq
Ginkqo biloba (Ginkgo biloba leaf)..............................80 mq
Tikanlı bigəvər kökləri (Ruscus aculeatus root)..........20 mq
Qara bibər (Black pepper fruit)......................................10 mq
C vitamini (Ascorbic acid).............................................60 mq
E vitamini (D-Alpha Tocopherol)...................................20 mq
FARMAKOTERAPEVTİK QRUPU: Kombinə olunmuş venotonik, angioprotektor, limfa drenajını və mikrosirkulyasiyanı yaxşılaşdıran vasitə
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
HERDİS - kombinə olunmuş venotonik, angioprotektor, limfa drenajını və mikrosirkulyasiyanı yaxşılaşdıran vasitədir.
Venotonik təsiri: Venoz damarların genişlənməsini azaldır, venaların tonusunu artırır, venoz durğunluğu aradan qaldırır, adrenalin, noradrenalinin vazokonstruktor təsirini gücləndirir. Varikoz, hemorroy, varikosele kimi venoz damar patologiyalarını aradan qaldırır.
Angioprotektiv təsiri: Lizosomal fermentlərin konsentrasiyasını azaldır, buna görə kapillyarların divarlarında mukopolisaxaridlərin parçalanması zəifləyir. Kapillyarların rezistentliyini (müqavimətini) artırır, onların keçiriciliyini azaldır, kiçikmolekullu zülalların, elektrolitlərin və mayenin hüceyrəarası sahəyə keçməsinin qarşısı alır. Ayaqlarda ödemləri, ağırlıq və yorğunluq hissini, ağrı, qaşınma, qıcolma intensivliyini azaldır, mikrosirkulyasiyanı, toxuma trofikasını yaxşılaşdırır.
Limfa sisteminə təsiri: Limfa drenajını yaxşılaşdırır, limfa kapilyarlarının tonusunu və hərəkət tezliyini, funksional sıxlığını artırır, limfa təzyiqini azaldır.
Ödem əleyhinə təsiri: İltihab əlamətlərini azaldır. Leykositlərin damar endotelinə adgeziyasının qarşısını alır və onların paravazal toxumalara miqrasiyasını azaldır, toxumalarda oksigen diffuziyasını və perfuziyasını yaxşılaşdırır. Sərbəst radikalların yaranmasını, prostaqlandinlərin və tromboksanın sintezini bloklayır. Nəticədə iltihab mediatorlarının vena qapaqlarına (klapanlarına) zədələyici təsirinin qarşısı alınır.
Aşağı ətrafların səthi və dərin venalarında orta venoz təzyiqini azaldır, həmçinin əməliyyatdan sonrakı dövrdə ortostatik hipotenziyası olan xəstələrdə damar müqavimətini artırır, sistolik və diastolik təzyiqi, limfa drenajını yaxşılaşdırır, venoz və limfa ödemlərini azaldır.
Mikronizə olunmuş diosmin - unikal texnologiya – mikronlaşma əsasında istehsal olunmuşdur, bu səbəbdən də, mikronizə olunmamış diosmin tərkibli preparatlarla müqayisədə tam və sürətli absorbsiya olunur, tez təsir göstərir. Diosmin; Hesperidin - venotonik, angioprotektor xüsusiyyətlərə malikdir. Venoz tonusu artırır, damarların genişlənməsini və venoz durğunluğu, kapilyarların keçiriciliyini azaldır və onların müqavimətini artırır. Nəzərəçarpan mikrosirkulyasiya pozğunluqları zamanı müalicədən sonra angiostereometriya ilə qiymətləndirmədə kapilyar müqavimətdə artım müşahidə olunur. Uşaqlıqdaxili spiral təyinindən və fleboektomiyadan sonra baş verən qanaxmaların profilaktikası zamanı effektivdir.
Trokserutin - venotonik, angioprotektiv, iltihab və ödem əleyhinə təsirlər göstərir, kapillyarların keçiriciliyini və kövrəkliyini azaldır, müxtəlif amillərə məruz qaldıqda endotel hüceyrələrinin bazal membranının zədələnməsinin qarşısını alır. Hialuronidazanı inhibə edərək, hüceyrə membranlarında hialuron turşusunu sabitləşdirir və onların keçiriciliyini azaldır. Askorbin turşusu və lipidlərin oksidləşməsinin qarşısını alan antioksidant aktivliyə malikdir. Trokserutin damar divarının sıxlığını artırır, plazmanın maye hissəsinin eksudasiyasını və qan hüceyrələrinin diapedezini (qanın formalı elementlərinin damarların divarları vasitəsilə toxumalara keçməsi) azaldır. Damar divarında eksudativ iltihabı azaldır, trombositlərin damar səthinə yapışmasını azaldır.
Sitrus bioflavonları – limon, laym, naringi, qreyfrut, portağalda olan güclü polifenol birləşmələrdir. Kapillyarların divarını möhkəmləndirir, keçiriciliyini azaldır, damarların elastikliyini bərpa edir. Qanın laxtalanmasını azaldır, eritrositlərin elastikliyini artırır. Kollagenin sintezini stimullaşdıraraq qan damarlarını gücləndirir. C vitamininin aktivliyini və biomənimsənilməsini artırır, oksidləşməsinin qarşısını alır. Ürək-damar xəstəlikləri riskini azaldır. İltihab əleyhinə təsir göstərir, histamin və digər allergik və iltihab mediatorlarının sintezini tormozlayır və parçalanmasını sürətləndirir.
Kversetin - antioksidant, kapillyaroprotektor, dezintoksikant, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, damar divarlarını möhkəmləndirir. Orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Orqanların qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur.
At şabalıdı – 20% essin qlikozidinə standartlaşdırılıb. Tərkibində eskulin, escin, fraksin qlikozidləri, taninlər, flavonoid qlikozidləri (kversitrin, izokversitrin, kversetin və kempferol) var. Eskulin və essin qlikozidləri hesabına venoz damarların tonusunu artırır, venalarda qan axınını sürətləndirir, antiaqreqant təsir göstərir, qanın laxtalanmasını ləngidir, eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının, trombozun qarşısını alır. Kapillyarların keçiriciliyini azaldır, kapillyarlarda stazın qarşısını alır və iltihab əleyhinə təsir göstərir. At şabalıdı mikrosirkulyasiyanı, qan dövranını və hüceyrələrin oksigenlə təminatını yaxşılaşdırır, metabolik məhsulları xaric edir, damarların divarlarını gücləndirir, artıq mayeni xaric edərək ödemi azaldır, selülitin qarşısını alır.
Ginkqo Biloba - qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək və hüceyrələrin oksigenə olan tələbatını azaldaraq enerji təminatını optimallaşdırır. Tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Tikanlı bigəvər kökləri - tərkibindəki steroid saponinləri (ruskogenin və neoruskogenin), fitosterollar (kampesterol, beta-sitosterol, stiqmasterol), fenol birləşmələr, beta-karotin, amin turşuları, C və PP vitaminləri, Ca, Mg hesabına nəzərəçarpacaq şəkildə ödem, iltihab əleyhinə təsir göstərir, stazı aradan qaldırır, kollagen və hialuron turşusunun sintezinə təsir edərək qan damarlarını gücləndirir, mikrosirkulyasiyanı və metabolik prosesləri yaxşılaşdırır, venoz və limfa disbalansı ilə mübarizə aparır, vazokonstriktor təsir göstərir, hüceyrələrarası boşluqdan artıq mayeni xaric edərək ödemi aradan qaldırır.
Qara bibər - tərkibində piperin, alkaloid, efir yağları var. İltihab əleyhinə, antioksidant, antiseptik təsirlərə malikdir. Sərbəst radikalların yaranmasının qarşısını alaraq damarları oksidativ zədələnmələrdən qoruyur. İltihab əleyhinə təsir göstərərək ağrı, ödem, stazı aradan qaldırır, toxuma trofikasını yaxşılaşdırır.
C vitamini – qan damarlarında olan birləşdirici toxumalar üçün tikinti materialı olan kollagenin sintezi üçün lazımdır. Kollagen liflərinin çarpaz əlaqəsini kataliz edən 2 ferment - lizil hidroksilaz və prolil hidroksilaz üçün zəruri koenzimdir. Toxumaların regenerasiyası və kapillyarların sağlamlığı üçün vacibdir. Orqanizmin immun müqavimətini artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, damarları zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. E vitamini həmçinin kollagen və elastinin sintezində iştirak edərək qan damarlarını gücləndirir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
1 tablet gündə 2-3 dəfə yeməkdən sonra daxilə qəbul edilir.
Müalicə müddəti: 2-6 ay
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: II və III trimestrdə istifadəsi mümkündür.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə