FULLPROST
TƏRKİBİ 1 tabletdə:
Cırtdan palması meyvələri (Saw palmetto fruit)...250 mq
Balqabaq toxumları (Pumpkin seeds)...................250 mq
Yaşıl çay yarpaqları (Green Tea leaf)…………...….50 mq
Gicitkən kökləri (Urtica dioica).................................50 mq
Beta-sitosterol (Beta-sitosterol)...............................50 mq
L-arginin (L-Arginine)................................................50 mq
Afrika gavalısı qabığı (Pygeum Africanum).............50 mq
Nar meyvələri (Punica granatum fruit)......................50 mq
Jenşen kökləri (Panax ginseng)...............................25 mq
Moruq meyvələri (Rubus idaeus fruit)......................25 mq
Likopen (Licopen).....................................................10 mq
Sink qlükonat (Zinc gluconate)..............................68,6 mq
Se - Natrium selenit (Sodium selenite).................125 mkq
Bor turşusu (Boric acid)...........................................1,7 mq
FARMAKOTERAPEVTİK QRUPU: Prostatoprotektor, təbii afrodiziak, antioksidant, immunostimulyator.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Fullprost – prostatitlərdə fosfolipaza A-2-nin aktivliyini və araxidon turşusunun sintezini inhibə edərək prostaqlandinlərin sintezini azaldır, iltihab əleyhinə təsir göstərərək iltihabın əlamətləri – ödemi, ağrını aradan qaldırır. Prostat vəzin hiperplaziyasına səbəb olan testosteronu dehidrotestosterona çevirən 5-alfa reduktaza fermentinin inhibə edərək böyümüş prostat vəzin ölçüsünü kiçildir. Prostatitlərdə və adenomada müşahidə olunan dizurik simptomları - sidik ifrazının pozulması, gecə pollakiuriyası, ağrı sindromu və s. aradan qaldırır, xəstəyə rahatlıq verir. Spermatogenezi aktivləşdirir, kişilərdə potensiyanı, spermanın keyfiyyətinin və hərəkətliliyini artırır, erektil disfunksiyanı aradan qaldırır, həmçinin immuniteti gücləndiririr.
Cırtdan palması meyvələri - potensiya zəifliyində effektivdir, təbii afrodiziakdır. Həmçinin kişi sidik-cinsiyyət sisteminin xəstəliklərinin qarşısını alır. Cırtdan palması meyvəsi prostat vəzinin hiperplaziyasına səbəb olan testosteronu dehidrotestosterona çevirən 5-alfa reduktaza fermentinin inhibə edir. Nəticədə prostat vəzinin hiperplaziyasının simptomlarının intensivliyi azalır və ölçüsü kiçilir, ereksiya artır, sidiyə çıxma yaxşılaşır, ağrılar aradan qalxır. O, prostatitlərdə fosfolipaza A-2-nin aktivliyini və araxidon turşusunun sintezini inhibə edərək prostaqlandinlərin sintezini azaldır, iltihab əleyhinə təsir göstərir. Kapilyar keçiriciliyini və damar stazını azaldır, prostatda şişkinliyi və iltihabı azaldır, sidik kisəsi boynu və sidik kanalının sıxılmasını aradan qaldırır, urodinamikanı yaxşılaşdırır.
Balqabaq toxumları - tərkibində A, B1, B2, B6, C, E, K, P, PP, F vitaminləri, arginin, omeqa-3, dəmir, kalsium, maqnezium, sink, selen, kalium, karotinoidlər, likopen, fitosterollar hesabına güclü prostatoprotektor təsir göstərir, eyni zamanda prostat vəzidə iltihabi proseslərin qarşısını alır. Lipidlərin peroksidləşməsini ləngitməklə antioksidant təsir göstərir. 5-alfa reduktaza fermentinin inhibə edərək prostat vəzin hiperplaziyasının qarşısını alır. Tərkibindəki arginin azot oksidinin yaranmasını təmin edir və damarların elastikliyini qoruyur, cinsi orqanların qan dövranını yaxşılaşdırır. Balqabaq toxumları immuniteti gücləndirilir, metabolik proseslər normallaşdırılır, erektil funksiyanı yaxşılaşır və libidonu yüksəldir.
Yaşıl çay yarpaqları – prostatit və hiperplaziya üçün faydaları onun unikal tərkibinə görədir: tanin, amin turşuları və fermentlər, alkaloidlər, yod, kalsium, dəmir və ftor. Tərkibində yüksək miqdarda olan tanin iltihab əleyhinə, bakterisid, büzücü təsir göstərir, iltihabı lokallaşdırır və aradan qaldırır, immuniteti yüksəldir, spermatogenezi yaxşılaşdırır, cinsi istəyi artırır. Prostat adenomasında hiperplaziyanın qarşısını alır.
Gicitkən kökləri - tərkibində prostatın sağlamlığına əhəmiyyətli şəkildə təsir edən beta-sitosterol var. 5-alfa reduktazanı və aromatazanı inhibə edərək testosteron səviyyəsini tənzimləyir, prostat adenomasında prostat vəzinin ölçüsünü azaldır, sidik ifrazını asanlaşdırır, həmçinin iltihab əleyhinə təsir göstərir. Kişi sidik-cinsiyyət sisteminin fəaliyyətini yaxşılaşdırır.
Beta-sitosterol – bitkilərdə olan fitosteroldur, kişilərdə sidik ifrazı problemlərinə və tez-tez sidiyə çıxmağa səbəb olan prostat vəzin hiperplaziyasının (prostatın adenoması) simptomlarını aradan qaldırır. İltihab əleyhinə təsir göstərir, prostatitdə sidiyə çıxmanı çətinləşdirən iltihabı və şişkinliyi azaldır. Beta-sitosterol cırtdan palması, likopen, balqabaq toxumları ilə birgə prostat vəzinin xoşxassəli hiperplaziyasının effektiv şəkildə qarşısını alır. Beta-sitosterol immuniteti gücləndirir, prostat vəzin şişinində xərçəng hüceyrələrinin böyüməsini ləngidir, apoptoza (xərçəng hüceyrələrinin ölümü) səbəb olur. Xolesterinə bənzər quruluşa malik olduğundan, təbii yolla xolesterin səviyyəsini tənzimləyir, ürək-damar patologiyalarının riskini azaldır.
L-arginin – daxilə qəbuldan sonra orqanizmdə azot oksidinə çevrilərək vazodilatasiyaya səbəb olur, bu da cinsi orqanlarda qan dövranını yaxşılaşdırır, toxuma və orqanları oksigen və qida maddələri ilə təmin edir. Oksidləşdirici stresin qarşısını alır, hüceyrələri oksidativ zədələnmədən qoruyur, TQ, ASLP əmələ gəlməsini azaldır, kollateral qan axınını artırır. Psixi sağlamlığı yaxşılaşdırır, intellektual fəaliyyəti, immun müqaviməti, fiziki dözümlülüyü artırır, ateroskleroz riskini azaldır, qan damarlarını bərpa edir.
Afrika gavalısı qabığı - tərkibində fitosterollar və pentisiklik triterpenoidlər var. İltihab əleyhinə təsirə malikdir, iltihab fermentlərini bloklayır, kapilyarların və kiçik damarların divarını gücləndirir, bu da ödemi azaldır, beləliklə prostatit zamanı böyümüş prostatın ölçüsünü azaldır. Prostat vəzinin hiperplaziyasının qarşınını alır. Kişi sağlamlığını qoruyur və gücləndirir.
Nar meyvələri - tərkibində B1, B2, B3, B5, B6, B9, C, E, K vitaminləri və kalsium, dəmir, sink, maqnezium, manqan, kalium, molibden, selenium, pinisil turşusu, lüteolin flavanoidi, ellagin turşusu, punikalagin var . Tərkibindəki lüteolin flavanoidi, ellagin turşusu və punikalagin antioksidant və antikanserogen təsirlər göstərərək prostat vəzin hiperplaziyasının, şiş xəstəliyinin qarşısını alır. Cinsi orqanlarda mikrosirkulyasiyanı yaxşılaşdırır, ödem, ağrı kimi iltihabı əlamətləri, dizurik simptomlar aradan qaldırır.
Jenşen kökləri - tərkibindəki saponinlər, efir yağları, minerallar və vitaminlər sayəsində müalicəvi xüsusiyyətlərə malikdir. Kişi orqanizmini tonuslandırır və biostimulyasiya edir, qocalma prosesini ləngidir, orqanizmin gücünü artırır, əhval-ruhiyyəsini yaxşılaşdırır. Hormonal fona müsbət təsir göstərir, seksuallığı artırır. Həmçinin, zehni fəaliyyətə müsbət təsir göstərir. Tərkibindəki ginzenozidlər immuniteti yüksəldir, prostatın hiperplaziyasının qarşısını alır
Moruq meyvələri - tərkibində efir yağları, pektin, C, A, E vitaminləri, üzvi turşular (alma, limon, üzüm, salisil və s.), antosianin, katexinlər (d-katexin, l-epiqallokatexin) var. Moruq sidikqovucu, antibakterial və antiviral xüsusiyyətlərə malikdir, cinsi orqanlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını gücləndirir, cinsi istəyi artıraraq erektil disfunksiyanı aradan qaldırır. Prostatitdə iltihabın əlamətlərini aradan qaldırır, həmçinin adenomada böyümüş prostat vəzinin ölçüsünün kiçilməsində rol oynayır.
Likopen - karotinoidlər qrupundan bir maddədir. Likopen güclü təbii antioksidantdır, sərbəst oksigen radikallarını bloklayaraq orqanizmdə peroksidləşmə ilə mübarizə aparır. Qoruyucu immun hüceyrələri - makrofaqlar və T-killerləri (NK) aktivləşdirir, şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Prostatoprotektor təsir göstərərək prostat xərçəngi riskini azaldır. Kardioprotektor təsir göstərərək ürək-damar xəstəliklərindən qoruyur, qanda TQ səviyyəsini azaldır, aterosklerozun qarşısını alır.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Cinsi hormonların sintezini və sekresiyasını aktivləşdirərək spermatogenezi stimullaşdırır. Xroniki prostatit və prostat vəzin adenoması zamanı prostat sekresiyasında sinkin konsentrasiyası azalır. Sink defisiti reproduktiv orqanlarda, dəridə və sinir sistemində, MBT-da bir sıra ağır patologiyalara səbəb olur.
Selen - testosteronun sintezində iştirak edir, cinsi istək səviyyəsini artırır, spermanın keyfiyyətini və kəmiyyətini yaxşılaşdırır. Defisiti kişidə xroniki sonsuzluğun inkişafına səbəb olur. Selen sinklə birlikdə prostatitin aradan qaldırılmasına kömək edir. Güclü antioksidant təsirə malikdir, orqanizmdə sərbəst radikalların və ağır metalların neytrallaşmasını təmin edir. İmmun sistemin formalaşmasında mühüm rol oynayır. Selen antikanserogen təsirə malikdir, prostat vəzi şiş xəstəliklərindən qoruyur.
Bor turşusu - Ca, Mg, P, Zn, D vitamini mübadiləsinə təsir edir, antikanserogen xüsusiyyəti hesabına prostat vəzin şiş xəstəliklərinin riskini azaldır. Antibakterial, antifunqal təsirləri hesabına cinsi orqanlarda patogen bakteriyaların və göbələklərin inkişafının qarşısını alır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Xroniki prostatitlər
• Prostat vəzinin xoşxassəli hiperplaziyası - I və II mərhələ (funksional sidik ifrazı pozğunluqları)
• Adenomektomiyadan sonra
• Spermatogenezin zəifləməsi. Spermanın keyfiyyətinin və hərəkətliliyinin aşağı olması. Azospermiya. Sonsuzluq
• Kişilərdə potensiyanın zəifləməsi (erektil disfunksiya); Erkən boşalma
• Yaşlanma ilə əlaqəli kişi orqanizminin tükənməsi
• Kişilərdə aktivliyin və immunitetin gücləndirilməsi məqsədi ilə
• Cinsi infeksion xəstəliklərin kompleks müalicəsində və reabilitasiyası məqsədi ilə
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
1 tablet gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə