İNCUS
TƏRKİBİ 1 ml-də:
Çay ağacı yağı (Melaleuca leucadendron cajaputi oil)..10 mq
Mixək ağacı yağı (Eugenia caryophyllata bud oil)….....10 mq
Badam yağı (Prunus amygdalus dulcis oil)...................10 mq
Qara qarağat yağı (Ribes nigrum oil)............................10 mq
Boraj toxumlarının yağı (Borago officinalis seed oil).....10 mq
Ardıc meyvələrinin yağı (Juniperus communis fruit oil).10 mq
Soya yağı (Glycine soja (soybean) oil)………………....10 mq
Propolis (Propolis extract)……………………………......10 mq
Qlisin (Glycine)…………...…………………………...….10 mq
Bisabolol (Bisabolol)…………………………………...….10 mq
E vitamini (Tocopheryl acetate)……………………..……10 mq
FARMAKOTERAPEVTİK QRUPU: Yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, anestetik (ağrıkəsici), yumşaldıcı təsirlərə malik, eşitmə itkisinin qarşısını alan qulaq damcısı
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
İNCUS – qulağın infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikasında yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, ağrıkəsici təsirlərə malik, eşitmə itkisinin qarşısını alan preparatdır. Preparatın zəngin tərkibi və təsirləri sayəsində qulaqda olan infeksion-iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı) aradan qaldırır, zədələnmiş toxumaları sürətli bərpa edir. İncusun istifadəsi xroniki otitlərdə infeksion-iltihabi proseslərin kəskinləşməsini və ağırlıq dərəcəsini azaldır. Konduktiv və sensonevral eşitmə itkisinin qarşısını alır. Yerli istifadə zamanı aktiv inqridiyentlərin bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, nəzərəçarpacaq yerli terapevtik effekt göstərir, yəni qulaq boşluğunu daxildən üzərini örtür, qoruyucu təbəqə yaradaraq infeksiyaların (bakteriya, virus, göbələk) qıcıqlandırıcı və zədələyici təsirindən qoruyur, həssas sinir uclarını əhatə edərək ağrının, həmçini, daxili qulaqda yerləşən reseptorların, eşitmə sinirinin zədələnməsinin qarşısını alır, bərpasını sürətləndirir. Kirəcləşmiş qulaq kirini (“qulaq tıxacları”) yumşaldır və xaric edib qulaq keçəcəyini təmizləyir, tıxacın yaratdığı eşitmə zəifliyini və itkisini, qulaqda vızıltı, fit səsləri, arxa fonda səs-küy hissini, təbil pərdəsinə təzyiqi, qulaq kanalında dəri qıcıqlanmalarını, ağrı və başgicəllənmə kimi şikayətləri aradan qaldırır.
Çay ağacı yağı – çox sayda terpen birləşmələrdən ibarətdir, onlardan terpinen-4-ol, α-pinen, linalool, α-terpineol antibakterial, antiviral, antifunqal təsirlərə malikdir. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və onların membran strukturunu və funksiyasını pozur, sitoplazmatik membran öz qoruyucu baryerini itirir, bakterial hüceyrə yaşaya bilmir, nəticədə antiseptik effekt göstərir.
Viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir.
Mixək ağacı yağı – tərkibində 20% efir yağları, 20% dubil maddələr var, efir yağının 70%-i evgenol, asetilevgenol, kariofillendən ibarətdir. Əsasən evgenol və tərkibindəki digər aktiv maddələr antiseptik, iltihab əleyhinə, ağrıkəsici, spazmolitik, immunostimulyator təsirlər göstərir.
Badam yağı – tərkibindəki C, E vitaminləri və beta-karoten hesabına antioksidant təsiri edərək oksidləşdirici proseslərin qarşısını alır və hüceyrələri zədələnmədən və degenerasiyadan qoruyur. Həmçinin, bərpa proseslərini stimullaşdıraraq regenerator təsirə malikdir. Badam yağının tərkibindəki olein turşusunun hesabına toxumalara asanlıqla nüfuz edir, iltihab əleyhinə təsir göstərir və iltihabın əlamətlərini aradan qaldırır.
Qara qarağat yağı - antiseptik, antiallergik, iltihab əleyhinə təsirlərə malikdir. Yerli istifadə zamanı tərkibində olan γ-linolen və α-linolen turşuları, flavonoidlər və antosian piqmentlərinin sayəsində antiseptik, bərpa edici, yumşaldıcı təsir göstərir, prostaqlandinlərin sintezini normallaşdırır və iltihabı aradan qaldırır. Qulağın təbii bariyer funksiyasını bərpa edir, qıcıqlanmanın, ağrının, qızartının qarşısını alır.
Boraj toxumlarının yağı - tərkibində olan γ-linolen və α-linolen turşuları, saponinlər sayəsində antiseptik, iltihab əleyhinə, bərpa edici təsir göstərir. Kirəcləşmiş qulaq kirini yumşaldaraq asan xaric edir, qulaq tıxaclarının yaratdığı eşitmə zəifliyini aradan qaldırır.
Ardıc meyvələrinin yağı - tərkibindəki α-pinen, γ-terpinen, sabinen, kamfen, terpinen-4-ol, α-qumulen hesabına antiseptik, iltihab əleyhinə, ağrıkəsici, yumşaldıcı təsirlər göstərir. İnfeksion toksinləri neytrallaşdırır, zədələnmiş iltihab sahəsini sürətli bərpa edir. Yerli immuniteti stimullaşdıraraq törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqaviməti artırır.
Soya yağı – tərkibindəki lesitin güclü antioksidantdır, hüceyrələri oksidativ zədələnmədən qoruyur, həmçinin tərkibindəki vitaminlər, mikro- və makroelementlər regenerativ təsir göstərir. Otit zamanı iltihabın əlamətlərini – qızartı, ödem, ağrı, qıcıqlanmanı aradan qaldırır.
Propolis - tərkibi qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum ilə zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antiviral, antibakterial və antifunqal, iltihab əleyhinə, ağrıkəsici effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Qlisin (aminosirkə turşusu) - mərkəzi sinir sistemində metabolik prosesləri tənzimləyən amin turşudur və sinir impulslarının ötürülməsində iştirak edən neyrotransmitterdir. Neyroprotektor, neyrometabolik, nootrop, sedativ və antidepressant təsirlər göstərir, daxili qulaqda, eşitmə mərkəzində, baş beyində metabolizmi aktivləşdirir. Orqanizmin bir çox bioloji mayelərinə və toxumalarına, o cümlədən baş beyinə asanlıqla nüfuz edir. Konduktiv və sensonevral eşitmə itkisinin müalicəsi zamanı yerli istifadədə yağlı məhlulun qulaqda bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, yerli hədəfə yönəlmiş təsir – target terapiya effekti verir. Daxili qulaqda yerləşən reseptorların, həmçinin eşitmə sinirinin zədələnməsinin qarşısını alır, bərpasını sürətləndirir, səs dalğasını sinir impulsuna çevirən eşitmə neyronlarını, beynin səs impulsunu tanıyan və ona cavab verən eşitmə mərkəzinə ötürülməsini aktivləşdirir, qulaqdan alınan sinir impulslarını ayırd edən beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır.
Bisabolol – çobanyastığı efir yağının əsas komponentidir, yüngül çiçək ətri və özlü konsistensiyaya malikdir. İltihab əleyhinə təsir göstərir, iltihabin əlamətlərini aradan qaldırır. İnfeksiyalara qarşı antibakterial, antifunqal təsirlər göstərir, onlara qarşı qoruyucu maneə yaradır. Bisabololun tərkibində toxumaların bərpasını sürətləndirən və sağalma prosesini aktivləşdirən bioaktiv molekulların yüksək konsentrasiyası var. Yumşaldıcı xüsusiyyətləri sayəsində bisabolol kirəcləşmiş qulaq kirinin yumşaldır, qulaq keçəcəyini təmizləyir. Antiallergik təsir göstərərək qulaqda allaergik qaşınmaların qarşısını alır.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir, qulaqda quruluğu, qaşınmanı aradan qaldırır. Antioksidant təsiri ilə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnmələrdən qoruyur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Kəskin və ya xroniki otit
• Eksudativ orta otit
• Qripdən sonra yaranan otit, eksudativ viral otit
• Barotravmatik otit
• Otomikoz
• Otalgiya
• Mastoidit
• Konduktiv və sensonevral eşitmə itkisi
• Qulaq kanalını qulaq kirindən təmizləmək üçün
• Kirəcləşmiş qulaq kirinin (“qulaq tıxacları”) yumşaldılması və xaric edilməsi məqsədi ilə
• Qulaq tıxaclarının yaranmasının qarşısının alınması məqsədi ilə
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
Uşaqlara: 4 damcı gündə 4 dəfə
Böyüklərə: 5 damcı gündə 4 dəfə patologiya olan qulaqda xarici qulaq keçəcəyinə damcılatmaqla istifadə olunur
Soyuq məhlulun qulaqla təmasından qaçmaq üçün istifadə etməzdən əvvəl flakonu əlin içində saxlayaraq isitmək lazımdır, soyuq maye başgicəllənməyə səbəb ola bilər
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: mümkündür.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda yerli allergik reaksiyalar müşahidə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
BURAXILIŞ FORMASI: 15 ml flakonda yerli istifadə üçün məhlul-damcı.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə