HERDİS gel
TƏRKİBİ
Xurma tumu (Phoenix dactylifera (Date) Seed).......2%
Şi ağacı yağı (Butyrospermum parkii butter).............1%
Aloe vera (Aloe barbadensis leaf juice).....................1%
Hesperidin (Hesperidin).........................................0,5%
Kversetin (Quercetin)..........................................0,03%
At şabalıdı (Horse chestnut seed)...........................0,2%
Ginkqo biloba (Ginkgo biloba leaf).....................0,08%
Tikanlı bigəvər kökləri (Ruscus aculeatus root)..0,02%
Limon ekstraktı (Citrus Limon ex)......................0,05%
C vitamini (Ascorbic acid).....................................0,6%
E vitamini (D-alpha tocopherol)...........................0,02%
FARMAKOTERAPEVTİK QRUPU: Yerli istifadə üçün kombinə olunmuş venotonik, angioprotektor, limfa drenajını və mikrosirkulyasiyanı yaxşılaşdıran vasitə
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
HERDİS gel - kombinə olunmuş venotonik, angioprotektor, limfa drenajını və mikrosirkulyasiyanı yaxşılaşdıran vasitədir.
Venotonik təsiri: Venoz damarların genişlənməsini azaldır, venaların tonusunu artırır, venoz durğunluğu aradan qaldırır, adrenalin, noradrenalinin vazokonstruktor təsirini gücləndirir. Varikoz, varikosele kimi venoz damar patologiyalarını aradan qaldırır.
Angioprotektiv təsiri: Lizosomal fermentlərin konsentrasiyasını azaldır, buna görə kapillyarların divarlarında mukopolisaxaridlərin parçalanması zəifləyir. Kapillyarların rezistentliyini artırır, onların keçiriciliyini azaldır, kiçik molekullu zülalların, elektrolitlərin və mayenin hüceyrəarası sahəyə keçməsinin qarşısı alır. Ayaqlarda ödemləri, ağırlıq və yorğunluq hissini, ağrı, qaşınma, qıcolma intensivliyini azaldır, mikrosirkulyasiyanı, toxuma trofikasını yaxşılaşdırır.
Limfa sisteminə təsiri: Limfa drenajını yaxşılaşdırır, limfa kapilyarlarının tonusunu və hərəkət tezliyini, funksional sıxlığını artırır, limfa təzyiqini azaldır.
Ödem əleyhinə təsiri: İltihab əlamətlərini azaldır. Leykositlərin damar endotelinə adgeziyasının qarşısını alır və onların paravazal toxumalara miqrasiyasını azaldır, toxumalarda oksigen diffuziyasını və perfuziyasını yaxşılaşdırır. Sərbəst radikalların yaranmasını, prostaqlandinlərin və tromboksanın sintezini bloklayır. Nəticədə iltihab mediatorlarının vena qapaqlarına (klapanlarına) zədələyici təsirinin qarşısı alınır.
Aşağı ətrafların səthi və dərin venalarında orta venoz təzyiqini azaldır, həmçinin əməliyyatdan sonrakı dövrdə ortostatik hipotenziyası olan xəstələrdə damar müqavimətini artırır, sistolik və diastolik təzyiqi, limfa drenajını yaxşılaşdırır, venoz və limfa ödemlərini azaldır.
Xurma tumu – tərkibindəki aminturşular, yağlar, A, E, K, B qrupu vitaminləri, K, Ca, Cu, Fe, Zn, Se və s. vitamin-minerallar hesabına venoz damarların genişlənməsində α-2A adrenergik reseptorlara aqonist təsir göstərərək genişlənmiş damarlarda vazokonstruktiv effekt yaradır, venaların tonusunu artırır, venoz durğunluğu aradan qaldırır və venoz stazın həcmini azaldır. IL-1α istehsalının qarşısının alaraq iltihab əlamətləri - ödem, ağrını aradan qaldırır, mikrosirkulyasiyanı, toxuma trofikasını yaxşılaşdırır. İltihab mediatorlarının vena qapaqlarına zədələyici təsirinin qarşısını alır, limfa drenajını yaxşılaşdırır, venoz və limfa ödemlərini azaldır. Sərbəst radikalları ingibə edərək antioksidant təsir göstərir, damarları oksidativ zədələnmələrdən qoruyur.
Şi ağacı yağı – şi ağacı meyvəsinin toxumlarından alınır. Tərkibindəki olein, stearin, linol və s. yağ turşuları; fenollar, tokoferollar; alfa-amirin, lupeol, parkeol triterpenləri; kampesterol, stiqmasterol, beta-sitosterol, alfa-spinasterol steroidləri hesabına iltihab və ödem əleyhinə, regenerativ təsirlər göstərir, qan dövranını, damarların regenerasiyasını, təbii kollagenin sintezini stimullaşdırır, venoz damarların tonusunu, elastikliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Aloe vera - tərkibindəki qlikoproteinlər, flavonoidlər, fenol birləşmələr, efir yağları, vitamin və minerallar, mannozalar hesabına damar divarının sıxlığını artırır, plazmanın maye hissəsinin eksudasiyasını və qan hüceyrələrinin diapedezini (qanın formalı elementlərinin damarların divarları vasitəsilə toxumalara keçməsi) azaldır. Damar divarında eksudativ iltihabını, trombositlərin damar səthinə yapışmasını azaldır. iltihabı aradan qaldıraraq iltihab əleyhinə; qan dövranını yaxşılaşdıraraq və trofiki yaraları sağaldaraq regenerativ təsirlər göstərir.
Hesperidin - venotonik, angioprotektor xüsusiyyətlərə malikdir. Venoz tonusu artırır, damarların genişlənməsini və venoz durğunluğu, kapilyarların keçiriciliyini azaldır və onların müqavimətini artırır. Nəzərəçarpan mikrosirkulyasiya pozğunluqları zamanı müalicədən sonra angiostereometriya ilə qiymətləndirmədə kapilyar müqavimətdə artım müşahidə olunur. Fleboektomiyadan sonra baş verən qanaxmaların profilaktikası zamanı effektivdir.
Kversetin - antioksidant, kapillyaroprotektor, dezintoksikant, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, damar divarlarını möhkəmləndirir. Orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Orqanların qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur.
At şabalıdı – 20% essin qlikozidinə standartlaşdırılıb. Tərkibində eskulin, essin, fraksin qlikozidləri, taninlər, flavonoid qlikozidləri (kversitrin, izokversitrin, kversetin və kempferol) var. Eskulin və escin qlikozidləri hesabına venoz damarların tonusunu artırır, venalarda qan axınını sürətləndirir, antiaqreqant təsir göstərir, qanın laxtalanmasını ləngidir, eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının, trombozun qarşısını alır. Kapillyarların keçiriciliyini azaldır, kapillyarlarda stazın qarşısını alır və iltihab əleyhinə təsir göstərir. At şabalıdı mikrosirkulyasiyanı, qan dövranını və hüceyrələrin oksigenlə təminatını yaxşılaşdırır, metabolik məhsulları xaric edir, damarların divarlarını gücləndirir, artıq mayeni xaric edərək ödemi azaldır, sellülitin qarşısını alır.
Ginkqo Biloba - qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlikoliz prosesini aktivləşdirərək və hüceyrələrin oksigenə olan tələbatını azaldaraq enerji təminatını optimallaşdırır. Tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusiyyətlərini normallaşdırır.
Tikanlı bigəvər kökləri - tərkibindəki steroid saponinləri (ruskogenin və neoruskogenin), fitosterollar (kampesterol, beta-sitosterol, stiqmasterol), fenol birləşmələr, beta-karotin, amin turşuları, C və PP vitaminləri, Ca, Mg hesabına nəzərəçarpacaq şəkildə ödem, iltihab əleyhinə təsir göstərir, stazı aradan qaldırır, kollagen və hialuron turşusunun sintezinə təsir edərək qan damarlarını gücləndirir, mikrosirkulyasiyanı və metabolik prosesləri yaxşılaşdırır, venoz və limfa disbalansı ilə mübarizə aparır, vazokonstriktor təsir göstərir, hüceyrələrarası boşluqdan artıq mayeni xaric edərək ödemi aradan qaldırır.
Limon ekstraktı – kapillyarların divarını möhkəmləndirir, keçiriciliyini azaldır, damarların elastikliyini bərpa edir. Qanın laxtalanmasını azaldır, eritrositlərin elastikliyini artırır. Kollagenin sintezini stimullaşdıraraq qan damarlarını gücləndirir. C vitamininin aktivliyini və biomənimsənilməsini artırır, oksidləşməsinin qarşısını alır. Ürək-damar xəstəlikləri riskini azaldır. İltihab əleyhinə təsir göstərir, histamin və digər allergik və iltihab mediatorlarının sintezini tormozlayır və parçalanmasını sürətləndirir.
C vitamini – qan damarlarında olan birləşdirici toxumalar üçün tikinti materialı olan kollagenin sintezi üçün lazımdır. Kollagen liflərinin çarpaz əlaqəsini kataliz edən 2 ferment - lizil hidroksilaz və prolil hidroksilaz üçün zəruri koenzimdir. Toxumaların regenerasiyası və kapillyarların sağlamlığı üçün vacibdir. Orqanizmin immun müqavimətini artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, damarları zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. E vitamini həmçinin kollagen və elastinin sintezində iştirak edərək qan damarlarını gücləndirir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
Gün ərzində 3-4 dəfə patoloji nahiyəyə sürtülür
Müalicə müddəti: 2-6 ay
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
HAMİLƏLİK VƏ LAKTASİYA ZAMANI İSTİFADƏSİ: mümkündür.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
BURAXILIŞ FORMASI: 200 ml plastik tubda gel.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə