ADOLİPON
Tərkibi 1 tabletdə
Silimarin (Silymarin)........................................................................................... 100 mq
Ənginar (Artichoke)............................................................................................ 100 mq
Fosfolipidlər (Phospholipids)................................................................................ 75 mq
Zəncirotu (Dandelion)........................................................................................... 75 mq
B4 vitamini (Choline bitartrate)........................................................................... 150 mq
Ademetionin (S-adenosyl-L-methionine; SAM-e)............................................... 15 mq
Qlütation (L-Glutathione)..................................................................................... 10 mq
Asetilsistein (N-Acetyl-L-Cysteine; NAC)............................................................. 33 mq
α-lipoy turşusu (Alpha-lipoic acid)...................................................................... 25 mq
FARMAKOTERAPEVTİK QRUPU: Hepatoprotektor, dezintoksikant, antioksidant, hipolipidemik, xoleretik və xolekinetik
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Silimarin (Silymarin) - 80% silibinin, 10% silikristin, 5% silidianin, 5% izosilibin standartlaşdırılıb. Silimarin regenerasiyaedici, hepatoprotektor, dezintoksikant və iltihab əleyhinə təsirə malikdir. Flavonoidlərin fenol strukturlarının sərbəst radikalları özlərinə birləşdirməsi hesabına antioksidant təsir edir, hepatositlərdə lipidlərin peroksidləşməsi reaksiyaları bloklanır, hüceyrə strukturunun zədələnməsinin qarşısı alınır və regenerasiya prosesləri sürətlənir. Membranstabilləşdirici təsir göstərməklə membranlarda mübadilə proseslərini normalaşdırır. Toksiki maddələrin hepatositlərin membranlarına zədələyici təsirinin qarşısını alaraq dezintoksikant effekt göstərir. İltihab mediatorları – prostaqlandinlərin və leykotrienlərin sintezinin azaldaraq iltihabı aradan qaldırır.
Ənginar (Artichoke) – güclü antioksidant olan sinarin, sianidin; Ferul, kofein turşuları; Flavanoidlər: lüteolin, apigenin, hesperedindən ibarətdir. Hepatoprotektor, detoksikator, xoleretik və xolekinetik xüsusiyyətlərə malikdir. Eyni zamanda hipoxolesterinemik, hipoazotemik və sidikqovucu təsiri də var. Hepatositlərdə koenzimlərin sintezini aktivləşdirir, bununla da lipid və xolisterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmi sürətlənir. Qaraciyər və böyrək parenximasına dezintoksikasiyaedici təsir göstərir. Orqanizmin toksinlərdən, azot birləşmələrindən və ağır metal duzlarından təmizlənməsini təmin edir.
Fosfolipidlər (Phospholipids) - qaraciyər hüceyrə orqanellaları və hüceyrə qişası üçün əsas struktur elementi hesab olunur. Lipidlərin və zülalların metabolizmini normallaşdırır. Qaraciyərin dezintoksikasiya edici funksiyasını aktivləşdirir, qaraciyərin hüceyrə quruluşunu, fosfolipidlərdən asılı enzim sistemi bərpa edir və saxlayır. Qaraciyərdə birləşdirici toxumanın əmələ gəlməsini tormozlayaraq antifibrotik təsir göstərir.
Zəncirotu (Dandelion) - efir yağı, tanin, inulin, flavonoidlər, A, B qrup, C vitamini və minerallardan ibarətdir. Həzm sisteminin funksiyasını yaxşılaşdırır, metobolizmi normallaşdırır, qanda xolesterinin miqdarının azalmasına səbəb olur. Xoleretik və xolekinetik effektləri hesabına öd durğunluğu zamanı öd axınını sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir, hepatobiliar sistemin fəaliyyətinə müsbət təsir edir. Mədəaltı vəzidə insulin sekresiyasını stimullaşdırır, qanda şəkərin səviyyəsini normada saxlayır.
Xolin bitartrat-B4 vitamini (Choline bitartrate) insan orqanizmində qaraciyər və böyrəklərdə yaranır, hüceyrə orqanoidlərində və membranlarında saxlanılır. Qaraciyərdə yağların metabolizmini normallaşdırır. Toksiki zədələnmə zamanı qaraciyər hüceyrələrinin bərpasını sürətləndirir. Ödün tərkibini yaxşılaşdırır, öd daşlarının əmələ gəlməsinin qarşısını alır. Qanda aşağı sıxlıqlı xolesterin və trigliseridlərin konsentrasiyasını azaldır. İnsulin hormonunun səviyyəsinin tənzimlənməsində iştirak edir. Baş beynin fəaliyyəti üçün vacib olan asetilxolin neyromediatorunun sintezini təmin edir.
Ademetionin (S-adenosyl-L-methionine; SAM-e) – hepatoprotektor, detoksikator, regenerativ, antidepressant, antioksidant, antifibroz, xoleretik və xolekinetik, neyroprotektiv xüsusiyyətlərə malikdir. Qaraciyərdə qlutamin, plazmada sistein və taurinin miqdarını artırır, qaraciyərdə metabolik reaksiyaları normallaşdırır. Dekarboksilləşmədən sonra o, fibroz riskini azaldan, ribosom strukturunun bir hissəsi olan poliaminlərin - putressinin (hüceyrə regenerasiyasının və hepatositlərin çoxalmasının stimulatoru), spermidin və sperminin sələfi kimi aminopropilləşmə reaksiyalarında iştirak edir. Ademetionin hepatositlərdə endogen fosfatidilxolinin sintezini normallaşdırır, bu da membranların axıcılığını və polarizasiyasını artırır. Xoleretik təsir göstərir. Qaraciyər daxili xolestazda (ödün sintezi və axınının pozulması) effektivdir. Ademetionin hepatositdə öd turşularını birləşdirərək və sulfatlaşdıraraq onların toksikliyini azaldır.
Qlütation (L-Glutathione) - orqanizmdə L-sistein, L-qlütamin və qlisindən sintez olunur. Leykotrienlərin sintezində iştirak edir və qlütationperoksidaza fermentinin kofaktordur. Qlütation hidrofil molekul olub, qaraciyərin fermentləri ilə birləşərək hidrofob toksik maddələrin biotransformasiyası prosesini həyata keçirir və ödlə xaric olunur. Qlioksalaz fermentativ sisteminin tərkib hissəsi olaraq metilqlioksalın detoksikasiyası reaksiyasında iştirak edir. Toksik maddələrə, onların metabolitlərinə birləşərək hüceyrə zədələnməsinin qarşısını alır. Qlütation qaraciyər hüceyrə membranını qoruyur, fermentlərin aktivliyini və qaraciyərin fəaliyyətini artırır, sərbəst radikalları neytrallaşdıraraq qaraciyərin detoksikator və bərpaedici aktivliyini təmin edir.
Asetilsistein (N-Acetyl-L-Cysteine; NAC) - sərbəst sulfhidril qrupunun olması hesabına antioksidant, antitoksik, immunomodulyator təsir göstərir. Kimyəvi detoksikasiyada mühüm amil olan qlütationun sintezini aktivləşdirir. Müxtəlif zəhərli kimyəvi maddələr, xüsusən siqaret tüstüsü, avtomobil qazı, akrolein, aldehidlər, fenollar və digər kimyəvi maddələrlə kəskin zəhərlənmə, həmçinin xərçəng xəstələrinin müalicəsi zamanı orqanizmdə əmələ gələn siklofosfamidə antitoksik təsir göstərir. Asetaminofen ilə kəskin zəhərlənmə üçün antidotdur.
α-lipoy turşusu (Alpha-lipoic acid) - tərkibində oksidləşmə və reduksiya reaksiyalarında iştirak edən iki tiol qrupu var, buna görə də güclü təbii antioksidant hesab olunur. Hüceyrənin mitoxondrial metabolizmində koferment olaraq piroüzüm turşusu və alfa-ketoturşunun oksidləşmə-dekarboksilləşməsində iştirak edir. Piruvatdehidrogenaza və α-ketoglutaratdehidrogenaza kompleksində kofaktordur. α-lipoy turşusu hepatoprotektor, hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik təsirlərə malikdir. Qanda qlükozanın konsentrasiyasını azaldır, həmçinin insulinə rezistentliyi aradan qaldırır. Zülal, karbohidrat, xolesterin mübadiləsini tənzimləyir. Qaraciyərin funksiyasını yaxşılaşdırır. Ağır metallar və digər toksik birləşmələrin orqanizmdən xaric edilməsini təmin edir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
1 tablet gündə 2-3 dəfə yeməkdən sonra
Hamilələrdə III trimestrdə: 1 tablet gündə 1-2 dəfə yeməkdən sonra
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, dispeptik hallar.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, daşlı xolesistit, kəskin enterit, appendisit.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.