• Şirkətimizin İşləmə saatları İşləmə saatları: Həftə içi : 09:00-17:00 (13:00-14:00 nahar fasiləsi) Şənbə : 09:00-14:00 (ofis işi) ve Adresimiz BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU ABDULVAHAB SALAMZADƏ küçesi 66
  • info@solispharma.az

Haqqımızda

Biz kimik

Biz insanların sağlamlığını qorumaq üçün çalışırıq

 

SOLİS PHARMA yüksək səviyyədə idarə olunan, sürətlə inkişaf edən bir əczaçılıq şirkətidir. Nevrologiya, Kardiologiya, Endokrinologiya, Urologiya, Ginekologiya, Qastroenterologiya, Travmatologiya, Otorinolarinqologiya, Pediatriya və s. kimi bir çox terapevtik kateqoriyalarda keyfiyyətli və güvənilən dərmanlar təklif etməkdən qürur duyur.

Solis pharma komandası illərə söykənən üstün təcrübəyə malikdir, xüsusi farmakoloji və tibbi-marketinq kursları keçmiş peşəkar komanda ilə idarəetmə, yeni məhsulların təqdimatı və satışı ilə məşğul olur.

Solis pharma Azərbaycan xalqına böyük qayğı ilə keyfiyyətli tibbi xidmət göstərir. Bunun üçün Solis pharma tibbin müxtəlif ixtisas sahələri üzrə aparıcı tibb mütəxəssisləri və Türkiyənin aparıcı istehsalçıları ilə əməkdaşlıq edir.

Missiyamız

Missiyamız

Missiyamız

Solis pharmanın missiyası innovativ xüsusi farmakoloji məhsulları uğurla müəyyən etmək və Azərbaycan xalqının sağlamlığının qayğısına qalmaqdır.

Biz şirkətimizin məhsullarının keyfiyyətinə, uzun müddətli uğurlarına güvənirik və xəstələrin sağlam rifahı üçün həkimlərə və əczaçılara innovativ, yüksək keyfiyyətli və müasir texologiya ilə istehsal olunmuş effektiv preparatlar təqdim edirik.

Digər

Digər

Vədimiz

Biz xəstələrin səhhətinin qayğısına qalaraq, onların qısa zamanda sağlamlıqlarına çatması üçün innovativ, yüksək keyfiyyətli məhsulları inamla təqdim edirik.

Biz innovasiya zirvəsini fəth etməyi hədəfləyirik - əhatəmizin böyüməsini, uğur qazanmasını və daim lideri olmağı istəyirik.

 

 

Keyfiyyət prinsipimiz

Solis pharmanın məqsədi insanların daha sağlam həyat yaşamasına dəstək olan effektiv preparatlarla onları təmin etməkdir. Solis pharma yüksək standartlara malik, bütün tibbi normativlərə cavab verən, beynəlxalq və milli standartlara uyğun gələn ən keyfiyyətli, beynəlxalq və milli sertifikarlara sahib məhsulları təqdim edir.

Bizim iş standartlarımız, rəqabətdə lider olmağın açarının “Keyfiyyət” olması prinsipinə əsaslanır. Hesab edirik ki, məhsullarımız istehlakçınin keyfiyyət tələbinə və dünya standartlarına cavab verən müddətcə lider qalacaq.

Solis pharmanın işi güvənli qlobal keyfiyyət standartlarını tətbiq etməklə mükəmməlliyi saxlamaq prinsipinə əsaslanır. Pasiyentlər və tibb işçilərinin gözləntilərini qarşılamaq və aşmaq, şirkətin inkişafının təməl sütunlarıdır.

Solis pharma məhsullarının keyfiyyəti "müştəri məmnuniyyəti" ilə əhatələnib. Məhz buna görə şirkət ümumi keyfiyyət üstünlüyünə inanır.

 

 

Fikirlərimiz və ideyalarımız “İnnovasiya” ətrafında dönür. Biz hər zaman beləyik!

Komandamız