HİPOKSİKAR
TƏRKİBİ 1 tabletdə:
L-karnitin L-Tartrat (L-carnitine L-Tartrate).....880 mq
L-arginin (L-Arginine)......................................150 mq
Koenzim Q10 (Coenzyme Q10)........................75 mq
Kversetin (Quercetin)........................................30 mq
Se - Natrium selenit (Sodium selenite)..........132 mkq
Sink sulfat (Zinc sulphate)...............................68,6 mq
E vitamini (Alpha tocopherol acetate).................10 mq
C vitamini (Ascorbic acid)...................................30 mq
B6 vitamini (Pyridoxine hydrochloride).................2 mq
FARMAKOTERAPEVTİK QRUPU: Hüceyrə metabolizmini gücləndirən vasitə; Kardioprotektor, neyroprotektor, sitoprotektor, antioksidant, antihipoksikant.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
L-karnitin L-tartrat - 70% L-karnitin və 30% üzüm turşusunun duzudur. Tartrat anionu preparatın parasellüler (hüceyrələr arası) daşınmasını yaxşılaşdırır və karnitinin bağırsaqdan sorulma faizini artırır, buna görə də L-karnitin tartrat adi L-karnitindən daha tez sorulur. L-karnitin (levokarnitin, vitamin BT, vitamin B11) – aminturşu olub, B qrupu vitaminlər ailəsinə mənsubdur. Koenzim A-nın aktivliyini qoruyan metabolik proseslərdə kofaktordur. Anabolik, antihipoksik və antitireoid təsirə malikdir. Yağların mübadiləsini aktivləşdirir, zülal və karbohidrat molekullarının parçalanmasını ləngidir, toxumaların regenerasiyasını stimulə edir, iştahanı artırır. Orqanizmdə l-karnitin qaraciyərdə və böyrəklərdə sintez olunur, digər orqan və toxumalara daşınır. L-karnitin uzunzəncirli yağ turşularını mitoxondrial matriksə daşıyır, burda onların parçalanmasını və asetil-KoA-nın yaranmasını, qlükoneogenez prosesində piruvatkarboksilazanın aktivliyinin artmasını təmin edir. L-karnitin keton cisimciklərinin əmələ gəlməsini, xolin və onun efirlərinin sintezini, oksidləşdirici fosforlaşmanı və enerji ayrılmasını, ATF sintezini sürətləndirir. L-karnitin rəqabətə girərək qlükozanı sıxışdırır və yağ turşularının oksigendən asılı olmayan metabolizminə yol açır, buna görə də beyinin hipoksiyasında və digər kritik vəziyyətlərdə effektivdir. Həzm şirələrinin sekresiyasını və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır, artıq bədən çəkisini azaldır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. Qaraciyərdə və əzələlərdə qlikogen ehtiyyatını artırır və onun daha qənaətlə sərf olunmasını təmin edir. Neyrotrofik təsir göstərir, zədələnmiş sinir toxumasını bərpa edir.
L-arginin – daxilə qəbuldan sonra orqanizmdə azot oksidinə çevrilərək vazodilatasiyaya səbəb olur, bu da qan dövranını yaxşılaşdırır, toxuma və orqanları oksigen və qida maddələri ilə təmin edir. Oksidləşdirici stresin inkişafının qarşısını alır, hüceyrələri qocalmadan qoruyur, TQ, ASLP əmələ gəlməsini azaldır, kollateral qan axınını artırır. Psixi sağlamlığı yaxşılaşdırır, intellektual fəaliyyəti yüksəldir, fiziki dözümlülüyü artırır, immun müqaviməti yüksəldir, ateroskleroz riskini azaldır, qan damarlarını bərpa edir.
Koenzim Q10 – orqanizmin bütün hüceyrələrinin mitoxondrilərində olur. İnsan orqanizmində yalnız 10 izopren zəncirli ubixinona rast gəlınir. Enerji mübadiləsini sürətləndirir. Hüceyrələri sərbəst radikallardan qoruyur, immuniteti artırır. Antioksidant, antiaterosklerotik təsirlərə malikdir. Qanın lipid tərkibini və reoloji xüsusiyyətlərini normallaşdırır. Miokardın yığılma qabiliyyətini yaxşılaşdırır, miokardın qanla təchizatını artırır. Antiaritmik, hipotenziv, immunomodulyator, hepatoprotektor təsir göstərir. Qanda qlükozanın səviyyəsini normallaşdırır.
Kversetin- antioksidant, kapillyaroprotektiv, dezintoksikasion, ödem əleyhinə, regenerasiyanı artıran bioflavonoid olub kapillyarların işini aktivləşdirir, qan-damar divarlarını möhkəmləndirir. Bütün orqanizmdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Miokardın qan təchizatını yaxşılaşdırır və işemiyaya uğramış sahələri bərpa edir. Dihidrokversetin güclü antioksidant effektə malikdir, hüceyrə membranlarını sərbəst radikalların zədələyici təsirindən qoruyur, hüceyrələrin vaxtından əvvəl qocalması prossesini tormozlayır.
Selen - müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin işində vacib rol oynayır. Əsasən qaraciyərdə, böyrəklərdə, dalaqda, ürəkdə, xayalarda və toxumçıxarıcı kanalda yüksək konsentrasiya təşkil edir. Güclü antioksidant təsirə malikdir. Arsen və civənın antqonisti olub orqanizmdə sərbəst radikalların və ağır metalların neytrallaşmasını təmin edir. İmmun sistemin formalaşmasında mühüm rol oynayır. Selen - əzələ toxuması zülallarının və miokard zülallarının tərkib hissəsidir. Ürək əzələsini möhkəmləndirməklə ürək krizlərinin qarşısını alır. Selen defisiti zamanı psixoloji dəyişikliklər və ürək əzələsi ritmlərinin pozulmaları baş verir, həmçinin yod orqanizm tərəfindən zəif mənimsənilir. Se antikanserogen təsirə malikdir. Triyodtironinin (tiroid vəzinin hormonlarının bioloji aktiv forması) sintezində iştirak edir. E vitamini və yodun sinergistidir.
Sink – hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olub hüceyrələrdə zülal və karbohidrat sintezini tənzimləyir. Hüceyrə membranının struktur möhkəmliyini təmin edir, immunitetin formalaşmasında iştirak edir, orqanizmdə insulinin toplanmasını və insulinə həssaslığı artirir. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil edir. Qonadotrop hormonların (FSH, LH) tərkibinə daxil olub onların sintezini və sekresiyasını aktivləşdirərək oogenezi (spermatogenezi) stimullaşdırır. Sink defisitı MBTda, reproduktiv orqanlarda, dəridə və sinir sistemində bir sıra ağır patologiyalara səbəb olur.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. E vitamini həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. E vitamini avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
C vitamini – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsi ilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
B6 vitamini - koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsinin tənzimlənməsini həyata keçirir. B6 vitamini qanda homosistein səviyyəsini tənzimləyir, defisitində hiperhomosisteinemiya müşahidə olunur. Bu zaman qan damarlarının divarları zədələnməyə başlayır, TQ və Ca zədələnmiş nahiyələrə toplanır, ateroskleroz, tromboz yaranır, ürəyin işemik xəstəliyi, miokard infarktı, insult riski artır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
• Hipoksik və işemik vəziyyətlərdə miokardın qidalanmasını yaxşılaşdıraraq funksiyasını təmin və bərpa etmək məqsədi ilə
• Hipoksik və işemik vəziyyətlərdə beyinin qidalanmasını yaxşılaşdıraraq funksiyasını və əqli fəaliyyəti təmin və bərpa etmək məqsədi ilə
• İntensiv fiziki yüklənmələr zamanı əzələ aktivliyini artırmaq məqsədi ilə
• Stresə qarşı müqaviməti artırmaq məqsədi ilə
• Yağların əriməsini gücləndirmək və bədənin artıq çəkisini azaltmaq məqsədi ilə
• Diabet zamanı maddələr mübadiləsini normallaşdırmaq və yaxşılaşdırmaq məqsədi ilə
• Uşaqlarda və yeniyetmələrdə bədən çəkisinin defisiti və boy inkişafının ləngiməsi zamanı
• Böyrək çatışmazlığında birincili və ikincili L-karnitin defisitini aradan qaldırmaq məqsədi ilə
• Həzm pozğunluqları, fermentativ çatışmazlıq, vitamin-mineral defisiti zamanı
• Tənəffüs sisteminin infeksion-iltihabi xəstəlikləri: KRX, Bronxit, Pnevmoniya zamanı antioksidant, antihipoksant və infeksiyalara qarşı müqaviməti artırmaq məqsədi ilə
• Ağır xəstəliklər və fiziki yüklənmələrdən sonra bərpa dövründə
• Hamiləlik zamanı dölün hipoksiyası, fetoplasentar çatışmazlıq
• Spermatogenezin pozulması zamanı
• Göz xəstəlikləri. Diabetik retinopatiya
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
1 tablet gündə 1-2 dəfə yeməkdən sonra daxilə qəbul edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar, qusma və ürəkbulanma.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.