SMELL
TƏRKİBİ 1 ml-də:
N-asetilsistein (N-Acetylcystein)....................5 mq
Aloe vera (Aloe Vera)..................................100 mq
Evkalipt yağı (Eucalyptus oil)......................100 mq
Nanə yağı (Mint oil)......................................100 mq
Çay ağacı yağı (Tea tree oil)..........................50 mq
Propolis (Propolis).........................................50 mq
Exinaseya (Echinacea angustifolia)...............50 mq
Qara qarağat (Ribes nigrum)..........................40 mq
Kəklikotu (Thymus vulgaris)...........................40 mq
Dağ şamı (Mountain pine)................................20 mq
Həmişəyaşıl sərv (Cupressus sempervirens)..20 mq
Söyüdyarpaq ağlarotu (Lythrum salicaria)......20 mq
FARMAKOTERAPEVTİK QRUPU: Yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, regenerator, hemostatik, nəmləndirici və yumşaldıcı təsirlərə malik nazal sprey.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
SMELL - burun boşluğunun və sinusların infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikasında yerli istifadə üçün antiseptik, regenerator, iltihab əleyhinə təsirlərə malik preparatdır. Həmçinin, burun və burun ətrafı ciblərdə cərrahi əməliyyatlardan sonra antiseptik, hemostatik effektlər göstərir, ödemi aradan qaldıraraq burun tənəffüsünü asanlaşdırır, bərpa prosesini sürətləndirir, nəmləndirir və yumşaldır. Preparatın zəngin tərkibi və təsirləri sayəsində burun boşluğunda olan infeksion-iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı, burun tənəffüsünün çətinləşməsi) aradan qaldırır, burun boşluğunu təmizləyir, selikli qişanı sürətli bərpa edir. Smellin profilaktik istifadəsi xroniki rinit və sinusitlərdə infeksion-iltihabi proseslərin kəskinləşməsini və ağırlıq dərəcəsini azaldır. Yerli istifadə zamanı hər püskürtmədə aktiv inqridiyentlərin bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, nəzərəçarpacaq yerli terapevtik effekt göstərir, yəni burun boşluğunun selikli qişasının üzərini örtür, mukoadgeziv qoruyucu təbəqə yaradaraq infeksiyaların (bakteriya, virus, göbələk) qıcıqlandırıcı və zədələyici təsirindən qoruyur, həmçinin həssas sinir uclarını əhatə edərək ağrının qarşısını alır.
N-asetilsistein - sistein amin turşusunun törəməsidir, iltihab əleyhinə, mukolitik, antioksidant, detoksikant təsirlərə malikdir. Selikli ifrazatın reoloji xassələrinə birbaşa təsir edərək seliyin xaric olmasını asanlaşdırır, selikli qişanın mexaniki təmizlənməsini təmin edir (allergenlər, qanlı ifrazat, infeksiyalar, toz və s) . Mukolitik təsiri hesabına seliyin qlikoproteinlərinin disulfid bağlarını qıraraq selikli və irinli-selikli sekrasiyaları tez durulaşdırır, toplanmış qatı, yapışqan seliyi həll edir və çıxarır, bakteriyaların burun boşluğunun və paranazal sinusların selikli qişasına fiksasiyasının, həmçinin sinusit və otit kimi fəsadların qarşısını alır. Asetilsistein leykositlərin hemotaksisini inhibə edərək iltihab əleyhinə təsir göstərir, burun boşluğunda və paranazal sinuslarda ödemi, selikli qişanın hiperemiyasını aradan qaldırır. Tərkibindəki reaktiv sulfhidril qrupları (SH qrupları) oksidləşdirici radikallara bağlanaraq onları neytrallaşdırır, antioksidant təsir göstərir.
Aloe vera - tərkibindəki qlikoproteinlər, flavonoidlər, fenol birləşmələr, efir yağları, vitamin və minerallar, mannozalar hesabına antibakterial, antifungal, antiviral; selikli qişanın iltihabını aradan qaldıraraq iltihab əleyhinə; burun boşluğunda qan dövranını yaxşılaşdıraraq və burunun selikli qişasındakı zədələri və yaraları sağaldaraq regenerativ təsirlər göstərir; immun müqaviməti gücləndirir
Evkalipt yağı - zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var. Evkalipt yağı antibakterial, antiviral, iltihab əleyhinə, analgetik təsirlərə malikdir. Yerli immuniteti stimullaşdırır, yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqaviməti artırır. Burunun selikli qişasına nəmləndirici və yumşaldıcı təsir göstərir.
Nanə yağı - tərkibində mentol, menton və asetat mentil ilə efir yağları, flavanoidlər, mikro-; və makroelementlər var ki, antibakterial, antiviral, iltihab əleyhinə, antiseptik, ağrıkəsici təsirlər göstərir, burun tutulmasını aradan qaldırır, sinusları təmizləyir, burun tənəffüsünü asanlaşdırır.
Çay ağacı yağı – çox sayda terpen birləşmələrdən ibarətdir, onlardan terpinen-4-ol, α-pinen, linalool, α-terpineol antibakterial, antiviral, antifunqal təsirlərə malikdir. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və onların membran strukturuna və funksiyasına təsir edərək antiseptik effekt göstərir.
Viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir.
Propolis - tərkibi qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum ilə zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antiviral, antibakterial və antifunqal, iltihab əleyhinə, ağrıkəsici effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Exinaseya - təbii, bitki mənşəli immunostimulyator komponentdir. Tərkibindəki polisaxaridlər, qlikoproteinlər, üzvü turşular, efir yağları, terpen birləşmələri və poliasetilenlər hesabına faqositoz prosesini stimulə edir, iltihab əleyhinə faktorların miqdarını artırır, makrofaqların, interleykinlərin və leykositlərin (T və B limfositlərin) sintezini stimulə edir. İmmunostimulyator effekti sayəsində orqanizmin yad maddələrə və törədicilərə (virus, bakteriya, göbələk, ibtidailər) qarşı müqavimətini artırır.
Qara qarağat - antiseptik, antiallergik, iltihab əleyhinə təsirlərə malikdir. Yerli istifadə zamanı tərkibində olan flavonoidlər və antosian piqmentlərinin sayəsində büzücü, hemostatik təsir göstərir.
Kəklikotu - əsasən efir yağından ibarətdir ki, onun da əsas komponentini timol və karvakrol təşkil edir. Kəklikotu antibakterial, antifunqal, spazmolitik, iltihab əleyhinə, qatı seliyi durulaşdırıcı təsirlərə malikdir. Tərkibində olan zeaksantin, lütein və apigenin flavonoidləri sayəsində isə güclü antioksidant təsir göstərir. Həmçinin tərkibindəki timol sakitləşdirici və ağrıkəsici effektlərə də malikdir.
Dağ şamı – flavonoidlərlə, katexinlərlə, proantosianidinlərlə (PAS) və fenol turşuları ilə zəngin tərkibi hesabına antiseptik, antibakterial, antifunqal, iltihab əleyhinə, yara sağaldıcı, ağrıkəsici təsirlərə malikdir. Qatı, yapışqan seliyi durulaşdırır və burun boşluğundan asan xaric edir.
Həmişəyaşıl sərv – tərkibindəki kamfen, terpen, terpineol, sabinol, simol, pinen hesabına antiseptik, büzücü, iltihab əleyhinə, damar daraldıcı, hemostatik, sakitləşdirici effetlərə malikdir.
Söyüdyarpaq ağlarotu – tərkibi dubil maddələrlə, fenilkarbon turşusu, qətran, efir yağları, pektin, karotin və s ilə zəngindir, iltihab əleyhinə, damar daraldıcı, hemostatik təsirlər göstərir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
•Burun boşluğunun, burun ətrafı ciblərin, burun-udlağın kəskin və xroniki iltihabi-infeksion xəstəlikləri (KRVİ, zökəm, rinosinusit, adenoidit)
•Burun ətrafı ciblərin kəskin və xroniki iltihabi-infeksion xəstəlikləri (haymorit, frontit, etmoidit, sfenoidit)
•Adenoidlər, allergik, infeksion və vazomotor rinitlər
•Burun və burun ətrafı ciblərdə cərrahi əməliyyatlardan sonra (antiseptik, hemostatik, bərpa, ödemi aradan qaldırmaq məqsədilə)
•Burun tutulması zamanı, ekstrimal şəraitdə burnun selikli qişasının qorunması məqsədilə (isti, quru, tozlu, yaxud digər maddələrlə çirklənmiş hava şəraiti)
•Burun boşluğunda selikli qişanın quruluğu (iqlim amilləri, kondisioner, mərkəzi isitmə sistemli mühitin təsiri nəticəsində)
•Endoskopik müdaxilə və tampon istifadəsində köməkçi vasitə qismində
•Orta otit zamanı köməkçi terapiya qismində
•Burun aerozolları və damcılarının, həmçinin çirklənmiş ətraf mühitin təsiri nəticəsində burnun selikli qişasının atrofiyasını yaradan proseslərdə
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
3 yaşından böyük uşaqlara: hər burun dəliyinə 1-2 püskürtmə gündə 2-4 dəfə
Böyüklərə: hər burun dəliyinə 2-3 püskürtmə gündə 3-5 dəfə istifadə olunur
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq
BURAXILIŞ FORMASI: 30 ml nazal sprey.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə