SOLİTRA
TƏRKİBİ .1 tabletdə:
Maqnezium bisqlisinat (Magnesium bisglycinate)....300 mq
B6 vitamini (Pyridoxin HCl)...........................................6 mq
Passiflora (Passiflora incarnata)...............................150 mq
Yemişan meyvələri (Crataegus monogyna).............150 mq
Melissa (Melissa officinalis).......................................100 mq
Dazıotu (Hypericum perforatum)................................100 mq
Cökə çiçəkləri (Tilia cordata flower)...........................30 mq
FARMAKOTERAPEVTİK QRUPU:
Mg və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ, kardiotonik, spazmolitik, antidepressant vasitə.
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Maqnezium bisqlisinat (Magnesium bisglycinate) – xelat birləşmədi, yəni 1 molekul maqneziumun 2 molekul qlisin amin turşusu ilə birləşməsidir (üzvi forma). Bunun sayəsində, qeyri-üzvi maqnezium duzlarına nisbətən daha yüksək biomənimsənilir, asan sorulur və defisiti tez kompensasiya edir. Maqnezium 2 qlisin amin turşusunun iştirakı ilə hüceyrəyə keçdiyi üçün absorbsiyası üçün mədə turşusu tələb olunmur. Mg bisglisinat hematoensefalik baryeri keçən yeganə maqnezium birləşməsidir və depressiya, stres, miqren olan insanlar üçün göstərişdir. Mg - hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir, maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Mg - beyin, ürək, böyrək, qaraciyər, mədəaltı vəzi, reproduktiv və bir çox digər orqanlarda enerjidən asılı olan bütün proseslərin normal gedişini təmin edən elementdir. O, ürək-damar və sinir sistemlərinin, həzm orqanlarının normal fəaliyyətində mühüm rol oynayır, əzələlər və sümüklər üçün əvəzolunmazdır. Maqnezium ionları neyronların oyanıqlıqlarını aradan qaldıraraq sinir-əzələ ötürücülüyünü tənzimləyir. Əzələlərdə ion balansını bərpa edərək bütün fermentativ reaksiyalarda iştirak edir. Mütəmadi streslər, fiziki gərginlik, viral infeksiyalar orqanizmdə maqnezium səviyyəsinin azalmasına səbəb olur. Maqnezium defisiti xroniki yorğunluq, əhval dəyişikliyi, gecə qıcolmaları, tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, aritmiya, mədə-bağırsaq pozğunluğu kimi patologiyaların yaranmasına səbəb olur.
B6 vitamini - zülalların, amin turşuların mübadiləsində, hormonların və eritrositlərin yaranmasında iştirak edir, immun sistemini möhkəmləndirir, miokardda hipoksiyanı azaldır, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasının maddələr mübadaləsini tənzimləyir. MBT-dan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir. Qlutamin turşusunun QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın endogen sintezini aktivləşdirir. B6 vitamini əhval-ruhiyyəni tənzimləyən serotonin hormonunun, stres yaxud qorxu reaksiyalarına təsir edən norepinefrinin sintezində iştirak edir. B6 vitamini orqanizmin daxili saatını və yuxu rejimini tənzimləmək üçün melatonin sintezinə şərait yaradır.
Passiflora (Passiflora incarnata) – tərkibindəki viteksinlə zəngin flavanoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərərək əsəb, gərginlik hallarını aradan götürür, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır.
Yemişan meyvələri (Crataegus monogyna) – flavonoidlər, xolin, asetilxolin, fitoserinlərlə zəngin olduğundan damarlara spazmolitik təsir göstərərək hipotenziv effektin əldə olunmasını təmin edir. Beləliklə beyin və koronar qan dövranını yaxşılaşdıraraq beyin və ürək hüceyrələrinin metabolizmini gücləndirir. Beyin damarlarının genişlənməsi və mediator balansın bərpa edilməsi nəticəsində isə sedativ effekt əldə edilir.
Melissa (Melissa officinalis) - tərkibi sitralla, sitronella, geraniolla, linaloolla, fenilpropanoidlərlə, xlorogen ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, antivirus, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər Melissanın tərkibindəki konkret komponentlərin məsələn; sitronellanın – güclu sedativ təsiri, geraniollanın – spazmolitik təsiri, fenilpropanoidlərin – antibakterial, virus əleyhinə, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissanın iştaha artırıcı, sidikqovucu və hamilələrdə ürəkbulanmanı mükkəmməl olaraq aradan qaldırması xüsusiyyətləri də var.
Dazıotu (Hypericum perforatum) – əsasən tərkibi efir yağları, flavonoidlər, hiperazid qlikozidi, piqmentlər və tannindən ibarətdir. Dazıotu çox xəstəliklərin müalicəsində istifadə olunur. Güclü antiseptik, iltihab əleyhinə, büzücü, qurd əleyhinə, sidikqovucu və sakitləşdirici effektə malikdir. Qaraciyərdə metabolik prosessləri, qan dövranını yaxşılaşdırır. Dazıotu güclü antidepressant təsirə malik olmaqla, depressiv vəziyyətlərin müalicəsində geniş istifadə edilir. Mədə-bağırsaq sistemi xəstəlikləri zamanı iltihabı aradan qaldırır, selikli qişanın bərpasına kömək edir. Ürəyin işini normallaşdırır və ürək əzələsini möhkəmləndirir.
Cökə çiçəkləri (Tilia cordata flower) – tərkibində efir yağları, С vitamini, Mn, saponinlər, hesperidin, triterpen birləşmə - tiliadin, fitonsidlər, flavanoidlər, kversetin, üzvi turşular və s var. Sedativ təsiri hesabına stres, gərginlik, həyəcanı azaldır, sakitlik yaradır, bununla yanaşı dərin yuxunu təmin etməsi xüsusiyyəti də var. Tərləməni artıraraq toksinləri orqanizmdən xaric edir, sidikqovucu, qızdırmasalıcı təsir göstərir. Spazmolitik təsir edərək saya əzələlərdəki spazmı aradan qaldırır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
•Yüksək sinir oyanıqlığı
•Xroniki stres, depressiya
•Əsəbi gərginlik
•Yuxu pozğunluğu, yuxusuzluq, hiperaktivlik
•Narahatlıq, qorxu,özünə güvənsizlik
•Psixogen və həyacanlı-nevrotik hallar
•Qastrointestinal spazm, spastik kolit, pilorospazm
•Qıcıqlanmış bağırsaq sindromu
•Neyrosirkulyator distoniya - Kardionevroz, taxikardiya
•Nevrotik vəziyyətlə bağlı aritmiyalar
•Vegetativ damar distoniyası
•Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya
•Əzələ spazmı və spastik ağrılar
•Hamilələrdə Mg defisiti - Miometriumun hipertonusu, arterial hipertoniya və s.
•Hamilələrdə toksikoz zamanı ürəkbulanmalar zamanı
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
Yüksək sinir oyanıqlığı, stres, əsəbi gərginlik, kardionevroz, spastik vəziyyətlərdə:
1 tablet gündə 2-3 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur.
Yuxu pozğunluğunda: 2 tablet yatmazdan əvvəl qəbul olunur.
Miometriumun hipertonusunda: 1 tablet gündə 2-3 dəfə tövsiyə edilir.
Qəbul qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibində olan komponentlərə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları.
BURAXILIŞ FORMASI: 30 tablet.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə.