NASOMİX
TƏRKİBİ 1 ml-də:
Natrium xlorid (Sodium chloride)........................0,9%
Pantenol (Panthenol).............................................0,5%
A vitamini (Retinyl palmitate)…………………...0,2%
E vitamini (Tocopheryl acetate)............................0,1%
Çay ağacı yağı (Melaleuca alternifolia leaf oil)…0,1%
Benzalkonium xlorid (Benzalkonium chloride)..0,01%
Akva (Aqua)
Qliserin (Glycerin)
FARMAKOTERAPEVTİK QRUPU: Yerli istifadə üçün antiseptik, iltihab əleyhinə, regenerator, hemostatik, nəmləndirici və yumşaldıcı təsirlərə malik nazal sprey.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
NASOMİX - burun və burun ətrafı ciblərdə cərrahi əməliyyatlardan sonra antiseptik, hemostatik effektlər göstərir, ödemi aradan qaldıraraq burun tənəffüsünü asanlaşdırır, bərpa prosesini, epitelizasiyanı sürətləndirir, nəmləndirir və yumşaldır. Həmçinin, burun boşluğunun və sinusların infeksion-iltihabi xəstəliklərinin müalicə və profilaktikasında yerli istifadə üçün antiseptik, regenerator, iltihab əleyhinə təsirlərə malik preparatdır. Preparatın zəngin tərkibi və təsirləri sayəsində burun boşluğunda olan infeksion-iltihabi prosesin simptomlarını (hiperemiya, ödem, ağrı, burun tənəffüsünün çətinləşməsi) aradan qaldırır, burun boşluğunu təmizləyir, selikli qişanı sürətli bərpa edir. Nasomixin profilaktik istifadəsi xroniki rinit və sinusitlərdə infeksion-iltihabi proseslərin kəskinləşməsini və ağırlıq dərəcəsini azaldır. Yerli istifadə zamanı hər püskürtmədə aktiv inqridiyentlərin bərabər yayılması sayəsində hüceyrələrə daha sürətli və daha dərindən nüfuz edir, nəzərəçarpacaq yerli terapevtik effekt göstərir, yəni burun boşluğunun selikli qişasının üzərini örtür, mukoadgeziv qoruyucu təbəqə yaradaraq infeksiyaların (bakteriya, virus, göbələk) qıcıqlandırıcı və zədələyici təsirindən qoruyur, həmçinin həssas sinir uclarını əhatə edərək ağrının qarşısını alır.
Natrium xlorid – Na və Cl ionları qan plazmasının və hüceyrədən kənar mayenin müvafiq osmotik təzyiqini saxlayaraq hüceyrədən kənar mayenin ən mühüm qeyri-üzvi komponentləridir. Yerli istifadədə iltihab əleyhinə təsir göstərir, ödemi, hiperemiyanı aradan qaldırır. İzotonik məhlul burunun selikli qişasını effektiv şəkildə nəmləndirir, qatı, yapışqan seliyi durulaşdırır, burundakı quru qabıqları yumşaldır və onların xaric olmasını asanlaşdırır, bakteriyaların selikli qişaya fiksasiyasının qarşısını alır.
Pantenol – B5 vitaminin provitaminidir, pantoten turşunun törəməsi olan B qrupu vitaminidir. Orqanizmdə koenzim A-nın (Co A) tərkib hissəsi olan pantoten turşusuna çevrilir və asetilləşmə, karbohidrat və yağ mübadiləsi proseslərində, asetilxolin, kortikosteroidlər, porfirinlərin sintezində iştirak edir, dərinin və selikli qişaların bərpasını stimullaşdırır, hüceyrə metabolizmini normallaşdırır, mitoz prosesini sürətləndirir və kollagen liflərinin sıxlığını artırır. Regenerativ, metabolik və iltihab əleyhinə təsir göstərir.
A vitamini – yağda həll olunan vitamindir. Oksidləşmə-bərpa proseslərində mühüm rol oynayır, mukopolisaxaridlərin, zülalların və lipidlərin sintezində iştirak edir. Retinol dərinin və selikli qişaların epitelinin normal vəziyyətinin saxlanmasında, epitel toxumasının normal differensasiyasında mühüm rol oynayır. Epitel hüceyrələrinin səthində xüsusi retinol bağlayan reseptorlar hesabına yerli müalicəvi təsir göstərir. Keratinləşmə proseslərinə maneə törədir, epitel hüceyrələrinin proliferasiyasını gücləndirir. Hialuron turşusunun sintezini artırır, kollagen və elastinin sintezində iştirak edir, kapilyarların struktur tamlığını və elastikliyini təmin edərək burun boşluğunda iltihab və yaralar zamanı toxumaların bərpasını sürətləndirir, burunun selikli qişasını yumşaldır, hüceyrələrin yenilənməsi prosesini aktivləşdirir.
E vitamini – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, damarları zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. E vitamini həmçinin kollagen və elastinin elastinin sintezində formalaşmasında iştirak edərək qan damarlarını gücləndirir, qan dövranını yaxşılaşdırır.
Çay ağacı yağı – çox sayda terpen birləşmələrdən ibarətdir, onlardan terpinen-4-ol, α-pinen, linalool, α-terpineol antibakterial, antiviral, antifunqal təsirlərə malikdir. Lipofil terpineollar mikroorqanizmlərin hüceyrə membranına nüfuz edir və onların membran strukturuna və funksiyasına təsir edərək antiseptik effekt göstərir.
Viruslara (adeno-, rino-, korono-, herpes virusları, qripp və paraqripp ştamları), bakteriyalara (əsasən Staphylococcus aureus, Streptococcus pyogenes, Haemophilus influenzae, Moraxella catarrhalis və s), göbələklərə (Candida cinsindən olan göbələklər) qarşı effektivdir.
Benzalkonium xlorid – antiseptikdir, antibakterial, antiviral, antifunqal, antiprotozoy təsirlər göstərir. Stafilokoklara, streptokoklara, qram-mənfi bakteriyalara (Escherichia coli və Pseudomonas aeruginosa, Proteus, Klebsiella və s.), anaerob bakteriyalara, göbələklərə qarşı bakterisid təsir göstərir. Antibiotiklərə davamlı bakteriya ştammlarına təsir göstərir; plazmakoaqulazanı və stafilokokkların hialuronidazasını inhibə edir. Mikroorqanizmlərin ştammları ilə yaraların ikincili infeksiyalaşmasının qarşısını alır.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
DOZALANMASI VƏ İSTİFADƏ QAYDASI:
6 ay-3 yaş uşaqlar: hər burun dəliyinə 1-2 püskürtmə gündə 2-3 dəfə
3-10 yaş uşaqlar: hər burun dəliyinə 2 püskürtmə gündə 3-4 dəfə
10 yaşdan yuxarı uşaqlar və böyüklər: hər burun dəliyinə 2-3 püskürtmə gündə 3-5 dəfə istifadə olunur
İstifadə qaydası və müalicə müddəti fərdi olaraq həkim tərəfindən tənzimlənə və müalicə kursları təkrarlana bilər.
İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda allergik reaksiyalar müşahidə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq
BURAXILIŞ FORMASI: 60 ml nazal sprey.
İSTEHSALÇI ÖLKƏ: Türkiyə